ABŞ-ın Avropa Komandanlığının briqada generalı Azərbaycandadır | 1news.az | Xəbərlər
Siyasət

ABŞ-ın Avropa Komandanlığının briqada generalı Azərbaycandadır

15:09 - 14 / 03 / 2023
ABŞ-ın Avropa Komandanlığının briqada generalı Azərbaycandadır

ABŞ-ın Avropa Komandanlığının planlaşdırma, strategiya və imkanlar üzrə direktor müavini, briqada generalı Edvard Voqan Azərbaycanda səfərdədir.

1news.az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, 14-16 mart tarixlərində Bakıya səfəri çərçivəsində briqada generalı Voqan Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti və Ərazilərin Minalardan Təmizlənməsi Agentliyinin rəsmiləri ilə görüşlər keçirəcək.

Briqada generalı Voqan ABŞ-Azərbaycan təhlükəsizlik tərəfdaşlığı və regional təhlükəsizlik məsələlərini müzakirə edəcək.

Paylaş:
514

Son xəbərlər

Sabahın hava proqnozu

12 / 05 / 2025, 12:52
Bütün xəbərlər