BMT nümayəndələrini gətirən təyyarə Füzuli hava limanına enib - FOTO | 1news.az | Xəbərlər
Siyasət

BMT nümayəndələrini gətirən təyyarə Füzuli hava limanına enib - FOTO

09:02 - 16 / 03 / 2023
BMT nümayəndələrini gətirən təyyarə Füzuli hava limanına enib - FOTO

Birləşmiş Millətlər Təşkilatınının və Azərbaycan hökümətinin nümayəndələri​ işğaldan azad olunmuş Füzuli rayonuna səfər edib.

1news.az APA-ya istinadən xəbər verir ki, səfərdə ümumilikdə 30-a yaxın nümayəndə iştirak edir. Bakı-Ağdam marşutu üzrə hərəkət edən qonaqlar əvvəlcə​ Füzuli Beynəlxalq Hava Limanına gəliblər.

Füzuli ilə tanışlıqdan sonra qonaqlar Ağdam rayonunda keçiriləcək konfransa yola düşəcək.​ Füzuli səfəri zamanı​ qonaqlara işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri, infrastruktur layihələri, Füzuli şəhərinin inkişaf planı barədə, azad edilən torpaqlarda Azərbaycan tərəfindən irimiqyaslı layihələr həyata keçirilməsi, tikinti-quruculuq işləri aparılması, həmçinin Füzuli şəhərində​ erməni vəhşiliyi barədə qonaqlar məlumatlandırılıcaq.

Paylaş:
450

Son xəbərlər

Sabahın hava proqnozu

12 / 05 / 2025, 12:52
Bütün xəbərlər