Bu ayın müavinət, təqaüd, ünvanlı yardımları ödənilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu ayın müavinət, təqaüd, ünvanlı yardımları ödənilib

16:33 - 17 / 03 / 2023
Bu ayın müavinət, təqaüd, ünvanlı yardımları ödənilib

Əmək və Əhalinin Sosal Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən Novruz bayramı ilə əlaqədar mart ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları da qrafikdən əvvəl olmaqla bu gün tam ödənilib.

1news.az xəbər verir ki, bu haqda nazirlik məlumat yayıb. Xəbərə görə, bundan əvvəl martın 7-də Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, martın 15-də ölkənin digər bölgələri üzrə, habelə qulluq stajına görə əlavələr alan pensiyaçıların mart ayının pensiya ödənişləri həyata keçirilib.

Beləliklə, mart ayının bütün pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlarının ödənişi bayram ərəfəsində yekunlaşıb.

Paylaş:
395

Son xəbərlər

Bütün xəbərlər