Serbiya nümayəndə heyəti ermənilərin Şuşada törətdiyi dağıntılarla tanış olub
Serbiyanın Novo Pazar şəhərinin meri Nihad Bişevaç, bu ölkənin Azərbaycandakı səfiri Dragan Vladisavljeviç, eləcə də Serbiyadan olan digər nümayəndələr işğal dövründə ermənilər tərəfindən dağıdılmış Şuşa şəhərinin tarixi abidələri ilə tanış olub.
1news.az xəbər verir ki, onlar yaşayış binalarının, mədəniyyət, təhsil, səhiyyə ocaqlarının üzləşdiyi vandalizm faktlarını əyani şəkildə müşahidə ediblər.
Daha sonra qonaqlar Cıdır Düzünə gedib, burada təbiətin gözəlliyinə heyran olublar. Nümayəndə heyətinə Şuşada dağıdılmış tarixi abidələrin bərpası, bu istiqamətdə görülən işlər haqqında ətraflı məlumat verilib.
268