Azərbaycanda polis 24,5 kiloqramdan çox narkotik vasitə aşkar edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda polis 24,5 kiloqramdan çox narkotik vasitə aşkar edib

10:55 - 20 / 03 / 2023
Azərbaycanda polis 24,5 kiloqramdan çox narkotik vasitə aşkar edib

Polis əməkdaşlarının martın 18-də və 19-da respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 24,5 kiloqramdan çox narkotik vasitə aşkar olunaraq götürülüb.

Daxili İşlər Nazirliyindən 1news.az-a verilən məlumata görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 6 kiloqramdan artıq heroin, 8,5 kiloqrama yaxın marixuana, 3,9 kiloqramdan artıq həşiş, 4 kiloqramdan çox tiryək, 2,1 kiloqramdan çox metamfetamin, 288 ədəd yüksək təsiredici xassəyə malik həblər olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Paylaş:
431

Son xəbərlər

Sabahın hava proqnozu

12 / 05 / 2025, 12:52
Bütün xəbərlər