“Bu seçkilər Qazaxıstan seçki sisteminin təkmilləşdirilməsində növbəti mütərəqqi addımdır” - DEPUTAT | 1news.az | Xəbərlər
Siyasət

“Bu seçkilər Qazaxıstan seçki sisteminin təkmilləşdirilməsində növbəti mütərəqqi addımdır” - DEPUTAT

Ayşən İsmayılova13:08 - 20 / 03 / 2023
“Bu seçkilər Qazaxıstan seçki sisteminin təkmilləşdirilməsində növbəti mütərəqqi addımdır” - DEPUTAT

“Seçkilər son bir ilə yaxın müddət ərzində konstitusiyaya edilmiş dəyişiklər və yeni qanunvericilik əsasında keçirildi”.

Bu sözləri 1news.az-ın Qazaxıstana ezam olunan əməkdaşına eksklüziv açıqlamasında Qazaxıstanda keçirilən seçkiləri müşahidə edən Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib.

“Seçkilər ərəfəsində - 28 gün ərzində aparılan təbliğat-təşviqat kampaniyası, yeni partiyaların seçki marafonuna qoşulması və eləcə də müstəqil birmandatlı dairələrdə müstəqil namizədlərin irəli sürülməsi konstitusiyaya əlavə olunmuş yeni dəyişiklərlə bağlıdır.

Bütovlükdə yeni qanunvericiliyin cəmiyyətin bütün təbəqələrinin parlamentdə təmsil olunması üçün kifayət qədər imkan yaratdığını qeyd edən Cavanşir Feyziyev 10-a yaxın məntəqədə etdikləri müşahidələrdən bəhs edib:

“Müşahidə etdiyimiz 10-a yaxın məntəqədə seçkilərin gedişi, eləcədə seçkilərdən öncəki hazırlıq prosesində apardığımız müşahidələr onu göstərir ki, Qazaxıstanda siyasətlə məşğul olan partiyalar, eləcə də birmandatlı dairələrdən namizədliyini irəli sürmüş deputatlar qanunvericiliyin yaratdığı imkanlardan kifayət qədər geniş istifadə ediblər. Ona görə də seçkilərin keçirilməsi zamanı da müşahidə etdiyimiz 10-a yaxın məntəqədə həm yerli müşahidəçilər, həm kütləvi informasiya vasitələri, həm də sadə vətəndaşlar tərəfindən heç bir şikakətlə rastlaşmadıq. Belə hesab edirik ki, bu seçkilər Qazaxıstan seçki sisteminin təkmilləşdirilməsində növbəti mütərəqqi addımdır”.

Rüstəm Əzimov

Paylaş:
635

Son xəbərlər

Yardımlıda narkokuryerlikdə şübhəli bilinən qohumlar saxlanılıblar12 / 10 / 2024, 18:10Cəlilabadda toy maşını qəzaya düşüb - FOTO12 / 10 / 2024, 17:44Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA12 / 10 / 2024, 17:06Mingəçevirdə oğul atasını döyərək öldürüb12 / 10 / 2024, 16:36Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb12 / 10 / 2024, 16:01Rəsmi Bakıdan Paşinyana cavab12 / 10 / 2024, 15:13Niderland Parlamentində qəbul edilmiş sənədlər açıq-aşkar qərəzlidir və azərbaycanlılara qarşı ayrı-seçkiliyin nümayişidir12 / 10 / 2024, 14:44Ahıl vətəndaşları aldadaraq pullarını ələ keçirməkdə şübhəli bilinən qadın saxlanılıb12 / 10 / 2024, 14:23Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib12 / 10 / 2024, 14:04Everest zirvəsinin ətəyində 100 il əvvəl itkin düşmüş alpinistin geyim əşyaları tapılıb12 / 10 / 2024, 13:42FHN: Ötən sutka 27 yanğına çıxış olub12 / 10 / 2024, 13:18Dünya bazarlarında qızıl və gümüş bahalaşıb12 / 10 / 2024, 12:56Bazar gününün hava proqnozu12 / 10 / 2024, 12:39Zakir Həsənovun rəhbərliyi ilə Müdafiə Nazirliyində xidməti müşavirə keçirilib12 / 10 / 2024, 12:13Azərbaycan nefti bahalaşıb12 / 10 / 2024, 11:47İlham Əliyev İspaniya Kralını təbrik edib12 / 10 / 2024, 11:34ASCO-nun yeni “Handysize” tipli yük gəmisi “Murovdağ” adlandırılacaq12 / 10 / 2024, 11:25“Bakı COP fərqli və effektiv platforma olacaq”12 / 10 / 2024, 11:19Şimşək çaxıb, arabir leysan yağış yağıb - FAKTİKİ HAVA12 / 10 / 2024, 11:03Yasamalda mağaza mühafizəçisini hədələyərək oğurluq edən şəxs saxlanılıb12 / 10 / 2024, 10:39
Bütün xəbərlər