Elçin Əmirbəyov: “Ermənistan Azərbaycanla birbaşa danışıqlar aparmaqdan imtina edərək sülhü əngəlləyir” | 1news.az | Xəbərlər
Siyasət

Elçin Əmirbəyov: “Ermənistan Azərbaycanla birbaşa danışıqlar aparmaqdan imtina edərək sülhü əngəlləyir”

12:54 - 24 / 03 / 2023
Elçin Əmirbəyov: “Ermənistan Azərbaycanla birbaşa danışıqlar aparmaqdan imtina edərək sülhü əngəlləyir”

“Ermənistan başa düşməlidir ki, sülhün alternativi yoxdur və Azərbaycan ilə Ermənistan düşmənçilik və qarşıdurma səhifəsini bağlayaraq yenidən mehriban qonşulara çevrilməlidir”.

1news.az xəbər verir ki, bunu Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov Vatikanın “FarodiRoma” xəbər portalına müsahibəsində deyib.

Onun sözlərinə görə, Ermənistan dörd aydan çoxdur ki, Azərbaycanla birbaşa danışıqlar aparmaqdan imtina edərək sülh prosesini əngəlləyir.

“Atəşkəs sazişinin bağlanmasından iki il sonra Ermənistan 10 min nəfərə yaxın silahlısını Azərbaycanın Qarabağ bölgəsindən çıxarmaqdan imtina edərək, sazişin müddəalarını kobud şəkildə pozmaqda davam edir. Bundan başqa, Ermənistan Azərbaycanın suveren ərazisində qeyri-qanuni hərbi mövcudluğunun daha da gücləndirmək üçün Laçın yolundan silahların, piyada əleyhinə minalar və hərbi qulluqçuların qanunsuz daşınması məqsədilə istifadə edir. Bütün bunlar regiondakı mövcud vəziyyəti çox təhlükəli edir. Odur ki, Ermənistan revanşist mövqedən çəkinməli və Azərbaycanla danışıqlar masasına qayıtmalıdır”, - o bildirib.

Azərbaycan ilə Vatikan arasında ikitərəfli əməkdaşlığı şərh edən E.Əmirbəyov qeyd edib ki, Azərbaycan bundan Müqəddəs Taxt-Tac ilə qarşılıqlı əlaqələri bütün mümkün yollarla genişləndirməyə və zənginləşdirməyə çalışır.

“Azərbaycan Şərqlə Qərbin kəsişməsində yerləşir və hər iki sivilizasiyanın dəyərlərini bölüşür. Ölkəmiz özünün əsas geostrateji mövqeyindən istifadə edərək müxtəlif mədəniyyətlər və dinlər arasında mədəniyyətlərarası körpü rolunu oynayır”, - Birinci vitse-prezidentinin köməkçisi söyləyib.

O həmçinin qeyd edib ki, Azərbaycanın Avrasiyada strateji iqtisadi mərkəz kimi rolu son vaxtlar dünyanın enerji təhlükəsizliyinə verdiyi mühüm töhfə ilə daha da güclənib.

“Bundan əlavə, Şərqlə Qərbin kəsişməsindəki həlledici geostrateji yerləşmə Azərbaycanı mədəniyyətlərarası və dinlərarası dialoq üçün təbii beynəlxalq platformaya çevirib”, - E.Əmirbəyov vurğulayıb.

O xatırladıb ki, rəsmi Bakı artıq iyirmi ilə yaxındır mütəmadi olaraq müxtəlif ölkələr arasında əməkdaşlığın gücləndirilməsinə yönəlmiş bir sıra beynəlxalq forumlar, sammitlər və konfranslar keçirir.

Paylaş:
192

Son xəbərlər

Bakıdan Tbilisiyə uçan "Buta Airways"in təyyarəsi tufana görə geri qayıdıb02 / 06 / 2023, 23:48Zəngilanda Ekoloji məsələlər üzrə İşçi Qrupunun iclası keçirilib02 / 06 / 2023, 18:40Sevinc Fətəliyeva: Kişineuda keçirilən beştərəfli görüş də bölgədə sülhün təmin edilməsini müzakirə etmək üçün növbəti bir addım oldu02 / 06 / 2023, 18:35“İlham Əliyevin bu sammitə dəvəti beynəlxalq müstəvidə nüfuzunun göstəricisidir”02 / 06 / 2023, 17:58Deputat: “İranda azərbaycanlılara qarşı aqressiya var, ora səfər təhlükəlidir”02 / 06 / 2023, 17:00Sevilən muğənni benefisiarların rəsm flaşmobuna qoşulub02 / 06 / 2023, 16:56Paytaxtın uşaq evlər­ində 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd edilib - FOTO02 / 06 / 2023, 16:53“Kontakt”da 50%-dək endirimli “Sevinc cərəyanı” başladı - “Seş-qoşa”at elektromobil aparmaq şansı02 / 06 / 2023, 16:49Faktiki hava açıqlandı: Dolu, yağış...02 / 06 / 2023, 16:29Polşa prezidenti İlham Əliyevi təbrik etdi02 / 06 / 2023, 16:12DİN-də yeni Baş İdarə yaradıldı - Fərman02 / 06 / 2023, 15:54İlkin Süleymanov son söz dedi02 / 06 / 2023, 15:341-ci “Xəzər Beynəlxalq Nəqliyyat və Logistika Forumu” öz işinə başlayıb02 / 06 / 2023, 15:25“Millət naminə” təqdim olunacaq02 / 06 / 2023, 15:21ABB-nin Əhmədli filialı fəaliyyətə başladı02 / 06 / 2023, 15:17Kamaləddin Qafarov: “İsrail ilə əməkdaşlıq Azərbaycanın mənafeyinə uyğundur”02 / 06 / 2023, 15:14İranın Bakıdakı ofisi bağlanıb02 / 06 / 2023, 14:59QMİ Məhərrəm ayı və Aşura gününün vaxtını açıqlayıb02 / 06 / 2023, 14:4685 il səmada: Azərbaycan Mülki Aviasiyası yubileyini qeyd edir - FOTO02 / 06 / 2023, 14:37Prokuror səfirliyin pulunu qumara qoyan atteşeyə cəza istədi02 / 06 / 2023, 14:35
Bütün xəbərlər

Next TV