Kompakt, müasir və universal: “Logitech” aksesuarları məhz sizin üçündür – FOTO - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Kompakt, müasir və universal: “Logitech” aksesuarları məhz sizin üçündür – FOTO - VİDEO

11:00 - 31 / 03 / 2023
Kompakt, müasir və universal: “Logitech” aksesuarları məhz sizin üçündür – FOTO - VİDEO

Çoxumuz günün böyük hissəsini kompüter və ya noutbuk arxasında keçiririk. Onlar çoxdan həm işdə və təhsildə köməkçimizə, həm də əyləncə yoldaşımıza çevriliblər. İşimizin, təhsilimizin və ya istirahətimizin nə dərəcədə rahat olacağı böyük ölçüdə klaviaturanın və kompüter siçanının keyfiyyətindən və xüsusiyyətlərindən asılıdır. Bütün bunlar barədə aşağıdakı materialda tanış ola bilərsiniz.

Klaviatura və kompüter siçanı seçmək kifayət qədər məsuliyyətli məsələdir - İsveçrənin “Logitech” şirkətinin istehsal etdiyi bir sıra məhsulların nümunəsindən istifadə edərək, onları şüurlu şəkildə necə seçmək və bununla da iş, təhsil və istirahət rahatlığını təmin etmək barədə danışacağıq.

Kompaktlıq və universallıq.

“Logitech K380 Slim Multi-Device” yığcam, müasir və universal klaviaturadır. İş yerini təchiz edərkən ən yaxşı seçim olan bu klaviatura gündəlik tapşırıqların həllində ən yaxşı köməkçiniz olacaq. O, harada olmağınızdan asılı olmayaraq, istənilən işin öhdəsindən asanlıqla gəlməyə imkan verir. Hər şeydən əlavə, bu klaviatura çantanıza asanlıqla sığır. O, kənar klaviaturaları dəstəkləyən bütün naqilsiz “Bluetooth” cihazlarına qoşulur ki, bu xüsusiyyəti sayəsində Windows®, “Mac”, Chrome OS™, Android™, “iOS” və hətta “Apple TV” əməliyyat sistemləri ilə uyğunlaşa bilir, bu isə onun universallığından xəbər verir.

“Logitech K380 Slim Multi-Device” eyni vaxtda üç fərqli cihaza qoşula bilir. Düymələrin forması cihazın kiçik ölçüsü nəzərə alınmaqla hazırlanmışdır ki, bu da siçanı daha yaxın yerləşdirməyə və istifadə etməyə imkan verir. Klaviatura dəbli, müasir dizayna malikdir, batareyasının iş ömrü isə 24 ay təşkil edir.

Yaradıcılıq və rahatlıq.

“Logitech MX Keys Mini” yaradıcı insanlar üçün yığcam, “ağıllı” və güclü klaviaturadır. “Bluetooth”u dəstəkləyən bu klaviatura minimalist dizaynı sayəsində iş yerini optimallaşdırmaq və erqonomikanı yaxşılaşdırmaq istəyən qabaqcıl kontent yaradıcıları üçün idealdır. Onun əsas xüsusiyyətlərinə barmaq ucu formasını təkrarlayan sferik oyuqlarla son dərəcə rahat mətn yığımı daxildir, düymələrin yüksək sabitliyi isə səs-küyü azaltmağa imkan verir. Klaviaturanın həmçinin işi keyfiyyətcə yeni səviyyəyə çatdıran üç yeni "ağıllı" düyməsi var – bunlar diktə, mikrofonun səsinin söndürülməsi/açılması, həmçinin emoji düymələridir.

Düymələrin alt işıqlanması əlləri yaxınlaşdırdıqda avtomatik işə düşür və ətraf mühitə uyğunlaşır. Klaviaturadan istifadə edilmədikdə alt işıqlanma avtomatik olaraq sönür, bununla da, optimal batareya sərfiyyatını təmin edir. Yeri gəlmişkən, tam şarj olunduqda batareya ömrü 10 günədək, alt işıqlanma sönülü olduqda isə 5 ayadək davam edir.

“Logitech MX Keys Mini” bütün növ cihazlar və əməliyyat sistemləri ilə uyğunlaşa bilir və qoşulma üçün USB portlarına ehtiyac olmadan Bluetooth® Low Energy vasitəsilə eyni vaxtda üç müxtəlif cihaza asanlıqla qoşula bilir. Birdən çox cihazda sürətli və rahat yazmanı təmin etmək üçün innovativ “Flow” funksiyası siçanın kursorunu kompüterlər arasında izləməyə imkan erir.

Etibarlılıq və dəb.

“Logitech Pebble M350” istənilən tapşırığın öhdəsindən gəlməyə imkan verən və harada olmağınızdan asılı olmayaraq, sizin etibarlı yoldaşınız olan portativ siçandır. Dizayn müasir tələblər nəzərə alınmaqla hazırlanmışdır. Hamar cizgiləri sayəsində cihaz cibinizə və ya çantanıza asanlıqla sığır, rahat forması isə əldə tutmağa imkan verir. Tamamilə səssiz düymə sıxılması və sürüşdürmə rahat işləməyə imkan verir, kompüter siçanının izləmə sürəti və dəqiqliyi isə səthdən asılı olmayaraq qüsursuz işləməni təmin edir. Batareyanın ömrü 18 aydır. Cihaz istifadə edilmədikdə batareya avtomatik olaraq enerjiyə qənaət etməyə imkan verən yuxu rejiminə keçir.

Kompüter siçanı USB və “Bluetooth” interfeysləri vasitəsilə qoşulur və 10 metrə qədər məsafədə işləyir - Windows®, macOS, Chrome OS ™ və “iPadOS” əməliyyat sistemləri dəstəklənir.

Göründüyü kimi, dəbli müasir dizayna malik və bir çox faydalı xüsusiyyətləri özündə birləşdirən qeyd olunan cihazların hər biri universallığı, portativliyi və istifadə rahatlığı ilə xarakterizə olunur.

Elə isə seçim sizindir!

Azərbaycanda klaviatura və kompüter siçanlarını aşağıdakı mağazalardan əldə edə bilərsiniz: Kontakt Home, Baku Electroniks, Maxi.az, Irshad, iSpace.az .

Reklam hüququnda

Paylaş:
1035

Son xəbərlər

Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏRBu gün, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənibBu gün, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaqBu gün, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıbBu gün, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdiBu gün, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEOBu gün, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edibBu gün, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edibBu gün, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10Türkiyədən ilhamlanmış “Beynəlxalq Sıfır Tullantı Günü” ilə tullantısız gələcək - FOTOBu gün, 12:58“Azneft”in rəhbərini işdən çıxardı - Yeni təyinatBu gün, 12:41Mərkəzi Bank: Azərbaycanda manata inam qorunub saxlanılıbBu gün, 12:38Sabah qərb küləyi əsəcək - ProqnozBu gün, 12:22“Azərbaycan” gəmi-bərəsi yenidən istismara qaytarılıb - FOTOBu gün, 12:15Meşə fondu torpaqlarında bayram günlərində 100 mindən artıq ağac əkilibBu gün, 12:12
Bütün xəbərlər