MN: Laçın istiqamətində mövqelərimiz atəşə tutulub | 1news.az | Xəbərlər
Rəsmi

MN: Laçın istiqamətində mövqelərimiz atəşə tutulub

15:53 - 07 / 04 / 2023
MN: Laçın istiqamətində mövqelərimiz atəşə tutulub

Aprelin 7-si saat 13:20-dən 13:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Qarakilsə rayonunun Saybalı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Laçın rayonunun Minkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

1news.az xəbər verir ki, bu barədə MN məlumat yayıb.

"Qeyd olunan istiqamətdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb", məlumatda deyilir.

Paylaş:
756

Son xəbərlər

Bütün xəbərlər