Nazir: Tarixi abidələrimiz, məscidlərimiz ermənilər tərəfindən məhv edilib
"Bu tədbirin davamı Azərbaycanın mədəni mərkəzi Şuşa şəhərində keçiriləcək".
1news.az xəbər verir ki, bu sözləri UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), ADA Universiteti və Universitetin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu iclasının açılış mərasimi zamanı Azərbaycan Respublikasının Xarici işlər naziri Ceyhun Bayramov deyib.
"Məlum olduğu kimi Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində şanlı ordumuz öz torpaqlarını düşmən tapdağından azad edib. Bu ərazilərdə yerləşən tarixi türk abidələri dəyişdirilib, ya da məhv edilib. Tarixi abidələrimiz, məscidlərimiz ermənilər tərəfindən məhv edilmişdir. Hazırda işğaldan azad olunan ərazilərimizdə bərpa işləri davam edir. UNESCO mədəni sərvətlərin qorunmasına hər zaman dəstək olub".