Sevinc Fətəliyeva: Azərbaycan regiondakı siyasi mənzərəni dəyişmiş qalib dövlətdir | 1news.az | Xəbərlər
Siyasət

Sevinc Fətəliyeva: Azərbaycan regiondakı siyasi mənzərəni dəyişmiş qalib dövlətdir

19:33 - 12 / 04 / 2023
Sevinc Fətəliyeva: Azərbaycan regiondakı siyasi mənzərəni dəyişmiş qalib dövlətdir

“ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani Cənubi Qafqazda səfərdədir. Aprelin 12-də o, Azərbaycanda səfərdə olub. ATƏT sədri səfər proqramına uyğun olaraq Gürcüstandan sonra Azərbaycana gəlib. Səfər çərçivəsində əməkdaşlığın gücləndirilməsi, mövcud təhlükəsizlik çağırışlarının həlli və Cənubi Qafqaz regionunda dialoq yolu ilə sülh və sabitliyin təşviqi məsələləri müzakirə olunub”.

Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, ATƏT məkanında mürəkkəb geosiyasi proseslərin baş verməsi quruma sədrlik edən dövlətlərdən proseslərə yanaşmada fəallıq və obyektivlik tələb edir. Onun sözlərinə görə, Azərbaycan regiondakı siyasi mənzərəni dəyişmiş qalib dövlətdir. Avropanın, o cümlədən Qərbin marağında olan qlobal əməkdaşlığın ən mühüm halqası məhz Azərbaycandır. Avropanı Asiya, o cümlədən Türk dünyası ilə birləşdirəcək əsas tranzit kommunikasiyası Azərbaycanın vasitəsilə tənzimlənir. Bu gün Azərbaycan regionun mühüm güc mərkəzinə çevrilib ki, bunu Avropa təsisatları da təsdiqləyir. O baxımdan, ATƏT sədrinin məlum səfəri zamanı dinc əməkdaşlıq, dialoq və sabitliyin təşviqi kimi məsələlərdə rəsmi Bakının aparıcı rolunun diqqət mərkəzində olması şübhəsizdir. Ermənistana gəlincə, bu ölkənin siyasətinin dincliyə və sabitliyə əsas təhdid olması şübhə doğurmur. Qonşularına qarşı əsassız iddialarından əl çəkməyən Ermənistan hələ də bəzi böyük güclərin və ya dövlətlərin ona arxa çıxacağını düşünür, məlum təxribatlarından əl çəkmir. Təbii ki, Avropa bunu görür və lazımi nəticə çıxarmalıdır.

Millət vəkilinin sözlərinə görə, Prezidenti İlham Əliyev aprelin 12-də ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmanini qəbul edərkən Ermənistanla Azərbaycan arasında hazırda sülh prosesinin iki istiqamət üzrə həyata keçirildiyini diqqətə çatdırdı. Bu baxımdan dövlətimizin başçısı Azərbaycanın Qarabağ iqtisadi regionundan olan erməni sakinlərlə birbaşa təmasların həyata keçirilməsi istiqamətində Bakıda görüşlərin təşkil edilməsinə dair təkliflərlə çıxış etdiyini vurğuladı və bu xüsusda Azərbaycan tərəfindən xüsusi nümayəndənin təyin edildiyini dedi. Prezident İlham Əliyev, eyni zamanda, Ermənistanla Azərbaycan arasında ikitərəfli əsasda sülh müqaviləsi üzrə və münasibətlərin normallaşdırılması istiqamətində danışıqların aparıldığını diqqətə çatdırdı. Dövlətimizin başçısı aprelin 11-də Ermənistan-Azərbaycan sərhədində baş vermiş insidenti qeyd edərək, bunun Ermənistan tərəfindən məqsədyönlü şəkildə törədilmiş təxribat olduğunu bildirdi.

Cənab Prezident Azərbaycanın ATƏT ilə əməkdaşlığına praktiki müstəvidə baxdığını qeyd edərək bu xüsusda transsərhəd çayları üzrə birgə əməkdaşlıq, humanitar minatəmizləmə, yaşıl limanlar, Orta Dəhliz kimi konsepsiyalar üzrə praktiki və praqmatik əməkdaşlıq layihələrinin icra olunması imkanlarına baxılmasının mümkünlüyünü diqqətə çatdırdı.

Öz növbəsində, Buyar Osmani də ATƏT-in Azərbaycanda humanitar minatəmizləmə, yaşıl liman və digər praktiki layihələrə töhfə verə biləcəyini qeyd etdi.

“Məlumdur ki, Azərbaycan torpaqlarının 30 illik işğalı dövründə ATƏT və onun Minsk qrupu bu işğala son qoymaq üçün təcavüzkar Ermənistana heç bir təzyiq etmədi. Buna görə də, dövlətimiz ərazi bütövlüyümüzü öz gücünə bərpa etdi. ATƏT-in Minsk qrupu isə tarixin arxivinə göndərildi. Ümid edək ki, bundan sonrakı mərhələdə təşkilat sözügedən istiqamətlərdə, yəni humanitar minatəmizləmə işləri və digər müzakirə mövzusu olan məsələlərlə bağlı praktiki addımlar atacaq. Digər tərəfdən, ATƏT sədri Ermənistana səfəri çərçivəsində Paşinyan hakimiyyətini başa salmalıdır ki, mövcud reallıqları qəbul etməkdən başqa şansları yoxdur”,-deyə Sevinc Fətəliyeva vurğulayıb.

Paylaş:
469

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər