Rəsmi İrəvan Azərbaycan və Ermənistan diplomatlarının Ankarada görüşmək təklifini qəbul etmədiyini bildirib | 1news.az | Xəbərlər
Siyasət

Rəsmi İrəvan Azərbaycan və Ermənistan diplomatlarının Ankarada görüşmək təklifini qəbul etmədiyini bildirib

13:17 - 13 / 04 / 2023
Rəsmi İrəvan Azərbaycan və Ermənistan diplomatlarının Ankarada görüşmək təklifini qəbul etmədiyini bildirib

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi 2019-cu ildə yarandığı ilk gündən etibarən Ermənistanla Azərbaycana arasında sülhün təşviq olunması üçün qətiyyətli nümayiş etdirib. Hələ 44 günlük müharibədən əvvəl BMTM müxtəlif kanallar vasitəsilə erməni həmkarlarına sülh mesajını çatdırmağa çalışıb, onları Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli istiqamətində birgə işləməyə dəvət edib.

1news.az xəbər verir ki, bu barədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzindən bildirilib.

Qeyd olunub ki,Azərbaycan hökumətinin illərlə apardığı təşəbbüslərə bənzər və paralel şəkildə BMTM göstərdiyi səylər Ermənistan tərəfinin "Track 1.5" diplomatiyasında iştirakdan imtina etməsi səbəbindən uğursuzluqla nəticələnib. Diplomatik səylərin uğursuz olmasından sonra Azərbaycan hökuməti işğal olunmuş əraziləri hərbi yollarla azad etməli olub və 44 günlük müharibədə mühüm qələbə qazanıb.

BMTM sülh gündəliyinə sadiqdir və münaqişənin həlli nəticəsində yaranmış imkanları yüksək qiymətləndirir. Mərkəz Ermənistan və Azərbaycan arasında sülh səylərinə töhfə vermək məqsədi ilə Ermənistanın "Orbeli" Mərkəzi kimi həmkar təşkilatlarla təmaslar qurmaq və "Track 1.5" diplomatiyasının mümkün alətlərindən və potensialından istifadə etmək cəhdlərini davam etdirib. Bu məqsədlə, BMTM ortaq beynəlxalq tərəfdaşlardan gələn vasitəçilik təkliflərini yüksək qiymətləndirir və bundan yararlanmağa çalışır.

"Lakin təəssüf ki, erməni həmkarlar dəfələrlə beynəlxalq tərəfdaşların təklif etdiyi görüş imkanlarından imtina ediblər. Məsələn, 2022-ci ilin avqust və noyabr aylarında Cenevrədə və həmin il noyabrın ortalarında Moskvada erməni tərəfi görüş üçün əvvəlcədən razılaşdırılmış tarixə bir neçə gün qalmış iştirakdan imtina edib.

Erməni tərəfi bu ilin aprelində Ankarada görüşmək üçün edilən son cəhdi də tədbirdən bir neçə gün əvvəl rədd edib. Bu cür məsuliyyətsiz münasibətlə Ermənistan hökuməti və beyin mərkəzləri ortaq beynəlxalq tərəfdaşlarımızın bütün səylərini və resurslarını heçə sayıb və iki ölkə arasında dialoqa ciddi yanaşmadığını nümayiş etdirib. Ermənistan hökuməti davamlı sülhün əldə olunması prosesini ləngitmək və paralel istiqamətlərdəki səyləri pozmaq məqsədilə ermənilərin qurbana çevrilməsi iddiaları, təhlükəsizlik təhdidləri və ya "blokada" kimi müxtəlif mövzulardan istifadə edir.

BMTM erməni həmkarlarının bu yanaşmasını sülh səyləri üçün çox zərərli hesab edir və təəssüflə bildirir ki, Ermənistan tərəfi ardıcıl və substantiv təmaslardan yayınır, bu tərəflər arasında gərginliyi artırır və ümumilikdə iki cəmiyyət arasında sülh və barışığa mane olur", - mərkəzdən bildirilib.

Paylaş:
399

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər