Prezident: Həm Bosniya və Herseqovina, həm Azərbaycan çoxkonfessiyalı ölkələrdir | 1news.az | Xəbərlər
Rəsmi

Prezident: Həm Bosniya və Herseqovina, həm Azərbaycan çoxkonfessiyalı ölkələrdir

17:08 - 13 / 04 / 2023
Prezident: Həm Bosniya və Herseqovina, həm Azərbaycan çoxkonfessiyalı ölkələrdir

Biz bu gün söhbət zamanı, eyni zamanda, mədəniyyətlərarası dialoqun dərinləşməsi ilə bağlı fikir mübadiləsi apardıq.

1news.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Bosniya və Herseqovina Rəyasət Heyətinin Sədri Jelka Tsviyanoviç ilə birgə mətbuata bəyanatla çıxışı zamanı deyib.

“Hesab edirəm ki, bu istiqamətdə də birgə fəaliyyətin böyük önəmi ola bilər. Həm Bosniya və Herseqovina, həm Azərbaycan çoxkonfessiyalı ölkələrdir. Bizim ölkələrimizdə bir çox etnik qruplar yaşayır və bu etnik qrupların sülh, əmin-amanlıq, dostluq, qardaşlıq şəraitində yaşaması sabitlik üçün əsas şərtdir. Və burada da fikir mübadiləsi, təcrübə mübadiləsi, birgə fəaliyyət, o cümlədən, elm-təhsil sahəsində, qeyri-hökumət təşkilatları çərçivəsində birgə əməkdaşlıq üçün çox gözəl imkanlar vardır”, - Prezident qeyd edib

Paylaş:
320

Son xəbərlər

Bütün xəbərlər