Ucarda avtomobil digər maşına çırpılıb, 5 nəfər xəsarət alıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ucarda avtomobil digər maşına çırpılıb, 5 nəfər xəsarət alıb

16:47 - 22 / 04 / 2023
Ucarda avtomobil digər maşına çırpılıb, 5 nəfər xəsarət alıb

Ucarda 5 nəfərin xəsarəti alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

1news.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün Bakı-Qazax əsas magistral yolunun rayonun Küçəkənd kəndindən keçən hissəsində qeydə alınıb. “Toyota” markalı minik maşını yol kənarında dayanmış “Mercedes”ə çırpılıb. Nəticədə müxtəlif xəsarətlər alan Bakı şəhər sakini, 1960-cı il təvəllüdlü Xaləddin Sabir oğlu Həsənov, Ucar rayon sakini, 1977-ci il təvəllüdlü Ramil Niyaz oğlu Qədirov, Sumqayıt şəhər sakini, 2003-cü il təvəllüdlü Pərvin Qurban oğlu Mehdiyev, Laçın rayon sakini, 2003-cü il təvəllüdlü Fərid Abbas oğlu Abbasov və Tərtər rayon sakini, 2004-cü il təvəllüdlü Ziya İntiqam oğlu Məmmədzadə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat şöbəsində araşdırılma aparılır.

Paylaş:
490

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

28 / 06 / 2025, 11:44
Bütün xəbərlər