İtaliya Prezidenti müsəlmanları Ramazan bayramı münasibətilə təbrik edib
İtaliya Prezidenti Sercio Mattarella Ramazan bayramı münasibətilə ölkə müsəlmanlarına təbrik ünvanlayıb.
1news.az xəbər verir ki, Sercio Mattarella İtaliyada İslam dininə etiqad edənləri Ramazan ayının başa çatması ilə əlaqədar təbrik edib, onlara xoş arzularını çatdırıb.
“İnsanların qarşılıqlı hörmət, plüralizm, inteqrasiya şəraitində yaşaması həyatımızın vacib aspektləridir. İtaliya öz vətəndaşlarına əqidələrini azad şəkildə ifadə etmək hüququnu tanıyan və təmin edən ölkədir. Dini və ya hər hansı digər xarakterli dözümsüzlüyün istənilən formasına qarşı mübarizə ölkəmizin sülhə əsaslanan gələcəyini qurmaq üçün beynəlxalq kontekstdə də qəti öhdəliyidir. İtaliyada İslam dininə inananlara Ramazan ayının dinc və xoşbəxt başa çatmasını diləyirəm”, - deyə Prezident təbrikində qeyd edib.