Prezident Administrasiyasının rəsmisi: “Azərbaycanda kibertəhlükəsizlik sahəsinə xüsusi diqqət yetirilir”
"Azərbaycanda kibertəhlükəsizlik sahəsinə xüsusi diqqət yetirilir” .
1news.az xəbər ki, bunu Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Elmir Vəlizadə deyib.
O, qeyd edib ki, belə hesabat ölkəmizdə ilk dəfədirki hazırlanıb, ona gorə də önəmlidir:
Ölkəmiz dünyada kibercinayətkarlıq sahəsondə yeganə olan BMT konvensiyasına da üzvdür.
Hər bir ölkənin kibertəhlükəsizlik sahəsində öz səviyəssində addım atması uyğundur. Azərbaycanın müxtəlif qurumları arasında kibertəhlükəsizliyin təmin olunması üçün səlahiyyət bölgüsü aparılıb. Statistika göstərir ki, kibertəhlükəsizlik pozuntusunun 95 faizinin əsas səbəbi insan amilidir. Beynəlxalq Telekommunikasiya təşkilatının hazırladığı kibertəhlükəsizlik üzrə siyahıda Azərbaycan 15 pillə irəliləyərək 40-cı sıraya yüksəlib.
Qeyd etmək lazımdır ki, İsrail bu siyahıda 35-ci yerdə qərarlaşıb. Bu göstərici Azərbaycanda kibertəhlükəsizlik sahəsində atılan addımların gostəricisidir. Ermənistan illər ərzində bizə kiberhücumlar etsə də heç bir uğur əldə edə bilməyib. Ermənistan ikinci Qarabağ müharibəsində xalq arasında həyəcan və təlaş yaratmaq üçün banklar və digər qurumlar adından saxta məlumat yayırdılar. Müharibə təcrübəsi nəzərə alınaraq kiber təhlükəslizlik bacarıqları daha da təkmilləşdirilir".