Laçın sərhəd-buraxılış məntəqəsindən Prezidentə məruzə - YENİLƏNİB | 1news.az | Xəbərlər
Rəsmi

Laçın sərhəd-buraxılış məntəqəsindən Prezidentə məruzə - YENİLƏNİB

11:23 - 26 / 04 / 2023
Laçın sərhəd-buraxılış məntəqəsindən Prezidentə məruzə - YENİLƏNİB

Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub.

1news.az xəbər verir ki, bu barədə DSX Mətbuat Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeni yaradılan məntəqədə Azərbaycan bayrağının ucaldılması mərasimi baş tutmuş və sərhəd-buraxılış məntəqəsindən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə məruzə edilib.

***

10:20

Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsində Azərbaycan dövlət bayrağının qaldırılması mərasimi olub.

1news.az xəbər verir ki, Azərbaycan Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının polkovniki, Vətən müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı Babək Ələkbərov sərhəd-buraxılış məntəqəsində bayrağın qaldırılması barədə Prezident İlham Əliyevə məruzə edib.

“Möhtərəm Prezident, cənab Müzəffər Ali Baş Komandan, məruzə edirəm ki, Sizin tapşırığınıza əsasən, Azərbaycan-Ermənistan dövlət sərhədində, Həkəri çayının üzərindəki körpünün üstündə fəxarət rəmzimiz olan 3 rəngli dövlət bayrağımız dalğalanmaqdadır. Bununla da Vətən sərhədlərinin bütövlüyü təmin olunmuşdur. Yaşasın Azərbaycan, yaşasın Ali Baş Komandan! Qarabağ Azərbaycandır!” – məruzədə deyilib.

Bayrağın qaldırılma mərasiminin videosunu təqdim edirik:

Paylaş:
577

Son xəbərlər

Bütün xəbərlər