"Sabah"ın basketbolçusu Cerri Bleyks: "Trabzonspor"la matçda sabit çıxış etdiyimizi sübuta yetirdik"

"Sabah" basketbol klubu "Trabzonspor"la matçda sabit çıxış etdiyini sübuta yetirib.
1news.az xəbər verir ki, bunu report-a açıqlamasında Azərbaycan çempionunun basketbolçusu Cerri Bleyks deyib.
32 yaşlı basketbolçu FIBA Çempionlar Liqasının müntəzəm mövsümündə "Trabzonspor" (Türkiyə) üzərində qazanılan qələbəni şərh edib:
"Düşünmürəm ki, uğur qazanmağımızın xüsusi bir sirri var. Bizim üçün oyundan-oyuna sabit çıxış etdiyimizi göstərmək çox vacib idi. "Trabzonspor"la görüşdə də buna nail olduq. Bu, klubumuz üçün olduqca böyük qələbədir. İnanıram ki, bütün yaxşı nəticələr zaman tələb edir. Əsas məsələ qarşıya qoyduğumuz məqsədə köklənmək və məğlubiyyətlərdən sonra ruhdan düşməməkdir".
O, gələcəkdə də qələbələrin davamlı olacağını söyləyib:
"Yeriməzdən əvvəl iməkləməyi öyrənmək lazımdır. Yəni hər şeyə addım-addım nail olmalıyıq. Hər gün daha da inkişaf etməyə davam etməliyik. Heç nə mümkünsüz deyil".
Xatırladaq ki, "Sabah" "Trabzonspor" kollektivini 91:72 hesabı ilə məğlub edib. Cerri Bleyks sözügedən matçda 17 xal, 9 məhsuldar ötürmə ilə hyadda qalıb.












