Volodimir Zelenski Prezident İlham Əliyevə təbrik məktubu göndərib | 1news.az | Xəbərlər
Rəsmi

Volodimir Zelenski Prezident İlham Əliyevə təbrik məktubu göndərib

Qafar Ağayev16:49 - 26 / 05 / 2023
Volodimir Zelenski Prezident İlham Əliyevə təbrik məktubu göndərib

Ukraynanın Prezidenti Volodimir Zelenski Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

1news.az-ın məlumatına görə, məktubda deyilir:

"Ukrayna xalqı adından və şəxsən öz adımdan Azərbaycanın milli bayramı - Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Ölkələrimiz arasında münasibətlər dərin tarixi köklərə malikdir və qarşılıqlı etimada, hörmətə, səmərəli əməkdaşlığa əsaslanır. Əminəm ki, biz Kiyev və Bakı arasında qarşılıqlı maraq doğuran bütün sahələrdə strateji tərəfdaşlığın mövcud potensialını birgə səylərlə maksimum dərəcədə həyata keçirə bilərik.

Bu il 100 illiyi qeyd olunan Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev demişdir ki, müstəqillik yolu qədər çətin yol yoxdur. Eyni zamanda, bütün çətinliklərə baxmayaraq, ölkələrimiz bu yolda inamla irəliləyir. Dövlətimiz və bütün sivil dünya üçün bu çətin zamanda, Rusiyanın Ukraynaya qarşı davam edən müharibəsi dönəmində Azərbaycanın ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinin dəstəklənməsinə dair ardıcıl mövqeyinə görə minnətdarlığımı bildirmək istərdim. Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin dəstəklənməsi üzrə Ukraynanın dəyişməz mövqeyini də bir daha təsdiq edirəm.

Bu fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, güclü və firavan Azərbaycanın inkişafı yolunda yeni nailiyyətlər, Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və rifah arzulayıram".

Paylaş:
241

Son xəbərlər

QMİ Məhərrəm ayı və Aşura gününün vaxtını açıqlayıbBu gün, 14:4685 il səmada: Azərbaycan Mülki Aviasiyası yubileyini qeyd edir - FOTOBu gün, 14:37Prokuror səfirliyin pulunu qumara qoyan atteşeyə cəza istədiBu gün, 14:35Sahil Babayev: Dövlət sektorunda layiqli əmək haqqının verilməsi getdikcə çətinləşəcəkBu gün, 14:23Yens Stoltenberq: “NATO ölkələrinin hərbi imkanları tükənmək üzrədir”Bu gün, 14:11Nazir: İş yerlərinin açılması məsələsi dövlətin üzərində olmamalıdırBu gün, 13:57“Agro Dairy” MMC-nin Samux/Tovuz ərazilərində “Payızlıq dənli bitkilərin toxumçuluğu üzrə açıq qapı günü” keçirilib - FOTO - VİDEOBu gün, 13:44İməclik keçirilən yerlər bir müddət sonra yenidən zibillənir - Bunun qarşısı necə alınmalıdır? - RƏYLƏRBu gün, 13:42Ölkə ərazisində hava şəraiti sabit, əsasən yağmursuz keçibBu gün, 13:34Şəmkirdə ata-oğul küçədə döyülübBu gün, 13:23Qarabağda çalışanlara birdəfəlik ödəmələrin verilməsinə başlanılıbBu gün, 13:01Səfir: Zəngəzur dəhlizinin açılması yavaş-yavaş sona yaxınlaşırBu gün, 12:52Sabah hava necə olacaq? - ProqnozBu gün, 12:46XİN: İranda həbs edilən Fərid Səfərli ilə görüşün keçirilməsi üçün tədbirlər görülürBu gün, 12:35Azərbaycan nəqliyyat dəhlizləri üzrə illik 54 milyon ton yük daşıya bilərBu gün, 12:30DİM xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyənlər üçün vəsait çap edibBu gün, 12:22ANAMA mayda azad olunmuş ərazilərdən aşkarlanan minaların sayını açıqladıBu gün, 12:04Azərbaycan Prezidenti italiyalı həmkarını təbrik edibBu gün, 11:56Qaxda kişinin yanmış meyiti aşkarlanmasına görə araşdırma başlandı - YENİLƏNİBBu gün, 11:43Taksi görüntüsü yaradaraq narkotik satan “Prius” sürücüsü saxlanılıb - VİDEOBu gün, 11:36
Bütün xəbərlər

Next TV