Səməd Seyidov AŞPA-nın həmməruzəçiləri ilə görüşüb | 1news.az | Xəbərlər
Siyasət

Səməd Seyidov AŞPA-nın həmməruzəçiləri ilə görüşüb

15:54 - 05 / 06 / 2023
Səməd Seyidov AŞPA-nın həmməruzəçiləri ilə görüşüb

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AŞPA-nın Monitorinq komitəsinin həmməruzəçiləri ilə görüşüb.

Bu barədə 1news.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Görüşdə regiondakı mövcud vəziyyət barədə danışan Səməd Seyidov bildirib ki, Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra erməni qəsbkarlarının işğalından azad edilmiş ərazilərin yenidən bərpası, məcburi köçkünlərimizin öz doğma yurdlarına qayıtması üçün irimiqyaslı layihələr həyata keçirir.

Komitə sədri diqqətə çatdırıb ki, Ermənistan tərəfindən həyata keçirilmiş kütləvi minalanma yenidənqurma işlərinə əngəl törədir. O, məcburi köçkünlərin təhlükəsiz qayıdışının və minatəmizləmə prosesini dəstəkləmək üçün beynəlxalq əməkdaşlığın və yardımın səfərbər edilməsinin əhəmiyyətini vurğulayıb.

Səməd Seyidov Azərbaycanın bölgədə uzunmüddətli sülh və sabitliyin təmin olunmasına yönələn səyləri və əməli addımları, müvafiq etimad quruculuğu tədbirləri barədə həmməruzəçilərə məlumat verib.

Sonra görüşdə deputatlar Asim Mollazadə, Əziz Ələkbərov, Erkin Qədirli, Kamal Cəfərov, Sevinc Fətəliyeva və Nigar Arpadarai çıxış edərək bölgədə etimad mühitinin yaradılması, dayanıqlı sülhə və təhlükəsizliyə nail olmaq üçün Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının önəmindən söz açıblar.

ASPA-nın Monitorinq komitəsinin həmməruzəçisi Yan Lidel-Qreynger (Birləşmiş Krallıq) və Liz Kristofersen (Norveç) Azərbaycana səfərləri və keçirilən görüşləri barədə danışıblar. Onlar regional əməkdaşlığın inkişaf etdirilməsi, sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi ilə bağlı onları maraqlandıran məsələlər barədə suallarını ünvanlayıblar.

Deputatlar həmməruzəçiləri maraqlandıran məsələlərə aydınlıq gətiriblər, onların suallarını cavablandırıblar. Diqqətə çatdırılıb ki, Azərbaycan tərəfinin Ermənistana təklif etdiyi sülh beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanır. Qonaqlara azərbaycanlıların Ermənistandan qovulması və deportasiyası barədə məlumat verilib, onların hüquqlarının təmin edilməsinə beynəlxalq dəstəyin göstərilməsinin vacibliyi vurğulanıb.

Görüşdə Milli Məclisin deputatı Pərvin Kərimzadə, Avropa Şurasının Bakı ofisinin rəhbəri Petr Zix və digər rəsmi şəxslər iştirak ediblər.

Paylaş:
260

Son xəbərlər

AQTA qeydiyyatdan keçməyən daşınma şirkətlərinə xəbərdarlıq edibBu gün, 11:56Veysəloğlu Şirkətlər Qrupu regional fəaliyyətini genişləndirirBu gün, 11:52İlham Əliyev: Biz şəhidlər verərək BMT-nin qətnamələrinin icrasını təmin etdikBu gün, 11:47Deputatlar şəhidlərin xatirəsini 1 dəqiqəlik sükutla yad ediblərBu gün, 11:43Milli Məclisin iclasında Qənirə Paşayeva və Madər Musayevin xatirələri yad edilibBu gün, 11:42Prezident 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində çıxış edib - YENİLƏNİBBu gün, 11:37Prezident: Azərbaycan etibarlı təchizatçı olaraq beynəlxalq bazarlara enerji nəql edirBu gün, 11:30Milli Dram Teatrı oktyabr repertuarını açıqlayıbBu gün, 11:28Prezident: Avropa İnstitutları ilə əməkdaşlığımız uğurla inkişaf edirBu gün, 11:13Ahıllar və kimsəsiz uşaqlar bir yerdə - FOTO - VİDEOBu gün, 11:11Vətəndaşların 20 min manata yaxın pulunu ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıbBu gün, 11:07Prezident: 74-cü Beynəlxalq Astronavtika Konqresi Azərbaycanda kosmos sənayesinin inkişafına töhfə verəcəkBu gün, 10:58Nyu-York birjasında təbii qaz ucuzlaşıbBu gün, 10:42Vaqif Xaçatryanın barəsindəki istintaq başa çatıb, məhkəmə başlayırBu gün, 10:39“Heydər Əliyevin təcrübəli və müdrik siyasəti sayəsində qısa müddət ərzində xarici siyasət sahəsində böyük dönüş yarandı”Bu gün, 10:32Kamaləddin Qafarov: “ Zəngilan forumu həm də mühüm siyasi hadisədir”Bu gün, 10:22Şəkidə sirkə turşusu içən 85 yaşlı kişi ölübBu gün, 10:21İlham Əliyev və Mehriban Əliyeva 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində iştirak edirlərBu gün, 10:17Bakıda Ümumdünya Məskunlaşma Günü öz işinə başlayıbBu gün, 10:15Azərbaycan nefti ötən həftə 101 dollardan aşağı enibBu gün, 10:01
Bütün xəbərlər

Next TV