Elman Nəsirov: “Azərbaycan-Türkiyə münasibətləri dünyanın digər dövlətləri üçün nümunədir” | 1news.az | Xəbərlər
Siyasət

Elman Nəsirov: “Azərbaycan-Türkiyə münasibətləri dünyanın digər dövlətləri üçün nümunədir”

Ayşən İsmayılova17:24 - 12 / 06 / 2023
Elman Nəsirov: “Azərbaycan-Türkiyə münasibətləri dünyanın digər dövlətləri üçün nümunədir”

“Heç kəsə sirr deyil ki, bu gün dünyada dövlətlər arasında bir etimadszlıq hökm sürməkdədir”.

Bunu 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

“Bu reallıq fonunda Azərbaycan-Türkiyə münasibətləri bir nümunədir. “Dövlətlərarası münasibətlər necə olmalıdır?” sualına cavab axtarırsınızsa, dərin xəyallara qapılmağa, iri ensklopediyaları vərəqləməyə ehtiyac yoxdur. Azərbaycan-Türkiyə münasibətlərinin fəlsəfəsini öyrənmək elə həmin suala ən düzgün cavab olardı. Bu gün Azərbaycan-Türkiyə münasibətləri strateji müttəfiqlik və hərbi müttəfiqlik münasibətlərdir. Dövlətlərimiz, xalqlarımız və prezidentlərimiz dost və qardaşdır və bunu bütün dünyaya nümayiş etdirirlər”.

Deputat Rəcəb Tayyib Ərdoğanın 13 iyulda baş tutacaq səfəri və səfərlə bağlı fikirlərini də bölüşüb.

“Cənab Rəcəb Tayyib Ərdoğan Türkiyədə keçirilən növbəti prezident seçkilərində qalib gəldikdən sonra həmişəki kimi bildirdi ki, ilk rəsmi səfərlərini Şimali Kipr və Azərbaycan Respublikalarına edəcək. Cənab Ərdoğan sözünün ağasıdır və yaxın günlərdə Azərbaycana rəsmi səfəri gözlənilir. Beləliklə bu səfər bir daha bütün dünyaya bizim dostluğumuzun, qardaşlığımızın bariz nümunəsi kimi nümayiş olunacaq".

"Hesab edirəm ki, səfər çərçivəsində çox ciddi regional və təhlükəsizlik məsələləri nümayiş ediləcək" - deyə, deputat əlavə edib:

"Heç şübhəsiz ki, Cənubi Qafqazdakı hazırkı durum, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması, sülh müqaviləsi imzalanması istiqamətində münbit şəraitin təminatı, Ermənistan və Azərbaycan arasında kommunikasiyanın bərpası və Zəngəzur dəhlizinin işə salınması, habelə sərhədlərin delimitasiyası kimi məsələlər xüsusi olaraq müzakirə ediləcək. Təbii ki, Zəngəzur dəhlizinin açılması hər zaman Azərbaycan ilə Türkiyənin qaldırdığı məsələlərdir. Eyni zamanda da cənab Ərdoğan prezident seçildikdən sonra qarşısında duran əsas məsələləri də müəyyən edib. Bunlar ilk növbədə zəlzələdən ziyan çəkmiş ərazilərin bərpası ilə bağlı məsələlərdir. Eyni zamanda Azərbaycan prezidenti cənab İlham Əliyev İstanbulda mühüm bir tədbirdə bəyan etdi ki, Kahramanmaraş şəhərində 1000 yaşayış binasının tikintisi öhdəlyini üzərinə götürüb. Yəqin ki bu və bunabənzər məsələlər ətrafında da ciddi müzakirələr olacaq. Bu səfərlər bir daha bütün dünyaya nümayiş etdirəcək ki, Türkiyənin bugünki dünya dövlətləri sırasında ən yaxın dostu, müttəfiqi Azərbaycandır. Bu keçmişdə də belə olub, bu gün də belədir, gələcəkdə də belə olacaq”.

Paylaş:
1107

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər