“Biz bundan sonra daha böyük eskalasiyaların şahidi ola bilərik” – Politoloqdan ŞƏRH | 1news.az | Xəbərlər
Siyasət

“Biz bundan sonra daha böyük eskalasiyaların şahidi ola bilərik” – Politoloqdan ŞƏRH

Ayşən İsmayılova16:08 - 16 / 06 / 2023
“Biz bundan sonra daha böyük eskalasiyaların şahidi ola bilərik” – Politoloqdan ŞƏRH

“Azərbaycanı təxribata çəkə bilməzlər”.

Bu sözləri 1news.az-a “Bakı Politoloqlar Klubu” İctimai Birliyinin sədri Zaur Məmmədov Ermənistan ordusunun təxribatları ilə bağlı açıqlamasında deyib.

Politoloq bildirib ki, Azərbaycan gələcəkdə prosesləri çox düzgün proqnozlaşdırır. Onlar isə elə özləri özlərini təxribata çəkirlər və bölgədə sülh müqaviləsi imzalanmaması üçün hər şey edirlər:

“Bu kimə lazımdır? Bu gün Nikol Paşinyana sülh müqaviləsinin imzalanmaması və Azərbaycanla yeni müharibə lazımdırmı? Bu gün Ermənistan müdafiə naziri doğrudan da mı öz ordusunu Azərbaycana qarşı döyüşdürmək əzmindədir? Bir çox suallar yaranır. Bu sualların cavabını bu vəya digər şəkildə çox dərindən düşünərək tapmaq olar.

Ermənistan ordusunun nümayəndələri dünən bir neçə istiqamətdən Azərbaycan ordusuna atəş açdılar. Laçında - sərhəd məntəqəsində Azərbaycan ordusuna mane olmağa çalışdılar. Bu ondan xəbər verir ki, müəyyən qüvvələr iki ölkə arasında sülh müqaviləsinin bağlanmasına mane olmaq istəyirlər. Bu bir siqnaldır. Biz bundan sonra həm Qarabağın dağlıq hissəsində, həm də sərhədyanı ərazilərdə daha böyük eskalasiyaların şahidi ola bilərik. Amma Azərbaycan ordusu bütün eskalasiyaların şahidi ola biləcək və bayrağımız dünən Həkəri çayının sahilindən necə asıldısa, digər yerlərdən də asılacaq”.

Zaur Məmmədov son olaraq Ermənistan tərəfinin bu cür təxribatlara davam edəcəyi təqdirdə doğacaq nəticələrdən də bəhs edib:

“Ermənistan müxalifəti və sülh müqaviləsinin bağlanmasını istəməyənlər bilsinlər və agah olsunlar ki, 21-ci əsrin sonunda Ermənistan dövlətinin aqibəti sual altında olacaq. Onlar oturduqları topraqlara görə şükür etsinlər. Əks təqdirdə onlar üçün vəziyyət çox ağır olacaq”.

Xatırladaq ki, 15 iyun 2023-cü il tarixdə saat 08:45-də Ermənistan Respublikası ərazisindən açılmış atəş nəticəsində Laçın dövlət sərhədindən buraxılış məntəqəsində xidmət aparan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu yaralanıb. Bundan əlavə, iyunun 16-sı Naxçıvan Muxtar Respublikası, habelə Gədəbəy və Şuşa rayonları istiqamətində yerləşən mövqeləri də müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

Paylaş:
865

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər