“Azərbaycan-Ermənistan sərhədində nəzarət-buraxılış məntəqəsinin yaradılması dövlətimizin müstəsna hüququdur” | 1news.az | Xəbərlər
Siyasət

“Azərbaycan-Ermənistan sərhədində nəzarət-buraxılış məntəqəsinin yaradılması dövlətimizin müstəsna hüququdur”

17:06 - 07 / 07 / 2023
“Azərbaycan-Ermənistan sərhədində nəzarət-buraxılış məntəqəsinin yaradılması dövlətimizin müstəsna hüququdur”

“BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinin Laçın nəzarət-buraxılış məntəqəsinin qeyri-qanuniliyinə və Azərbaycan Respublikasının bütün silahlı şəxslərinin Laçın yolundan çıxarılması tələbinə dair Ermənistanın vəsatətini rədd etməsi çox düzgün qərardır.

Bu, rəsmi İrəvanın Azərbaycana qarşı apardığı qərəzli kampaniyanın iflası deməkdir”.
Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, Azərbaycan-Ermənistan sərhədində nəzarət-buraxılış məntəqəsinin yaradılması dövlətimizin müstəsna hüququdur. Əslində, Ermənistan tərəfinin bu məsələyə hər hansı bir müdaxiləsi Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı iddiadır. Yola sərhəddən giriş-çıxış rejimini tənzimləyəcək bu məntəqənin təsis edilməsinin yolun bağlanması kimi qiymətləndirilməsi tamamilə yanlışdır. Bununla yanaşı, 10 noyabr üçtərəfli Bəyanata əsasən, Azərbaycanın Laçın yolu üzərində səlahiyyətləri və suveren hüquqları mövcuddur. Azərbaycan hər zaman olduğu kimi, öz öhdəlikləri çərçivəsində Laçın-Xankəndi yolunda hərəkət edən vətəndaşların, nəqliyyat vasitələrinin təhlükəsizliyinə zəmanət verir və bu istiqamətdə müvafiq tədbirləri davam etdirəcək. Sərhəd nəzarət-buraxılış məntəqəsinin təsis edilməsinin “etnik təmizləmə” məqsədi güddüyü barədə rəsmi İrəvanın cəfəng iddiası qəbuledilməzdir. Məntəqədən Azərbaycanın Qarabağ bölgəsinin yerli erməni sakinlərinin hər iki istiqamətdə şəffaf, təhlükəsiz və nizamlı keçidi üçün müvafiq şərait mövcuddur.
Millət vəkilinin sözlərinə görə, Ermənistan Azərbaycanın bu yola nəzarət etməsini istəmir, çünki yol vasitəsilə Qarabağda yaşayan erməni separatçılarına silah-sursat daşımaq istəyir. Belə halların qarşısını almaq üçün Azərbaycan haqlı olaraq Laçın yolunun başlanğıcında sərhəd nəzarət-buraxılış məntəqəsi yaratdı. Bundan sonra isə erməni tərəfi öz məqsədlərini reallaşdıra bilmədi. Ona görə də, beynəlxalq ictimaiyyəti aldatmaq üçün guya Azərbaycanın Laçın-Xankəndi yolunu bağladığını, Qarabağda yaşayan ermənilərin blokadaya alındığı barədə informasiya yaymağa başladı. Bu prosesdə Ermənistanın xarici havadarları da ona ciddi dəstək verirdilər. Lakin video-görüntülər vasitəsilə beynəlxalq birlik Qarabağ ermənilərinin gediş-gəlişinin çox rahat şəkildə təmin olduğuna şahidlik etdi. Belə olan halda, Ermənistan iyunun 15-də Laçın postunda təxribat törədərək bir hərbi qulluqçumuzu yaraladı. Bundan sonra Azərbaycan tərəfi istintaqın gedişi ilə bağlı yoldan istifadəni məhdudlaşdırıb. Amma BQXC-nin vasitəçiliyi ilə insanların gediş gəlişi təmin olunur. Erməni tərəfi özünün törətdiyi təxribatdan Azərbaycana qarşı istifadə edə biləcəyini düşünürdü. Amma bu baş tutmadı.
“Azərbaycan güclü dövlətdir və heç bir qüvvə dövlətimizlə təzyiq dili ilə danışa bilməz. Laçın sərhəd nəzarət-buraxılış məntəqəsinin yaradılması da beynəlxalq hüquq normalarına əsaslanır. Ona görə də, Beynəlxalq Ədalət Məhkəməsi başqa cür qərar qəbul edə bilməzdi. Məhkəmənin bu qərarı dövlətimizin atdığı addımın legitimliyini bir daha təsdiqləyir. Ermənistan anlamalıdır ki, beynəlxalq ictimaiyyəti aldatmağa çalışmaqla heç nəyə nail ola bilməyəcək”,-deyə Sevinc Fətəliyeva vurğulayıb.

Paylaş:
330

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər