Azərbaycan dövlət başçısı Peru Prezidentini təbrik edib | 1news.az | Xəbərlər
Rəsmi

Azərbaycan dövlət başçısı Peru Prezidentini təbrik edib

12:23 - 28 / 07 / 2023
Azərbaycan dövlət başçısı Peru Prezidentini təbrik edib

Prezident İlham Əliyev Peru Respublikasının Prezidenti Dina Ersilia Boluarte Zeqarraya təbrik məktubu ünvanlayıb.

1news.az xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli xanım Prezident,

Peru Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

İnanıram ki, Azərbaycan ilə Peru arasında dövlətlərarası münasibətlər xalqlarımızın mənafeləri naminə bundan sonra da inkişaf edəcək, beynəlxalq təsisatlar çərçivəsində əməkdaşlığımız daha da genişlənəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Peru xalqına daim əmin-amanlıq və rifah arzulayıram".

Paylaş:
420

Son xəbərlər

Bütün xəbərlər