Prezident Mərakeş Kralına təbrik məktubu göndərib | 1news.az | Xəbərlər
Rəsmi

Prezident Mərakeş Kralına təbrik məktubu göndərib

1news Redaksiyası13:08 - 29 / 07 / 2023
Prezident Mərakeş Kralına təbrik məktubu göndərib

Prezident İlham Əliyev Mərakeşin Kralı Əlahəzrət VI Məhəmmədə təbrik məktubu göndərib.

1news.az xəbər verir ki, məktubda deyilir:

"Əlahəzrət,

Əziz Qardaşım,

Mərakeş Krallığının milli bayramı münasibətilə Sizi və Sizin simanızda qardaş xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən səmimi arzularımı çatdırıram.

Azərbaycan-Mərakeş əlaqələri xoş ənənələrə malikdir. Əminəm ki, ölkələrimiz arasında ənənəvi dostluq münasibətlərini möhkəmləndirmək, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə qarşılıqlı maraq doğuran əməkdaşlığımızı genişləndirmək üçün bundan sonra da birgə səylər göstərəcəyik.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, qardaş xalqınıza daim əmin-amanlıq və rifah diləyirəm".

Paylaş:
429

Son xəbərlər

Bütün xəbərlər