Ceyhun Bayramovun Türkiyəyə səfərinin proqramı açıqlanıb | 1news.az | Xəbərlər
Siyasət

Ceyhun Bayramovun Türkiyəyə səfərinin proqramı açıqlanıb

16:52 - 29 / 07 / 2023
Ceyhun Bayramovun Türkiyəyə səfərinin proqramı açıqlanıb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iyulun 31-də Türkiyəyə rəsmi səfər edəcək.

1news.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Səfər zamanı dost və qardaş Azərbaycanla ikitərəfli münasibətlərimizin, əməkdaşlığımızın müxtəlif aspektləri müzakirə olunacaq. Həmçinin, regional hadisələrlə bağlı fikir mübadiləsi aparılacaq", - məlumatda qeyd edilib.

Paylaş:
403

Son xəbərlər

Bütün xəbərlər