İlham Əliyev Tomas Qoltzun vəfatı ilə bağlı başsağlığı verib | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev Tomas Qoltzun vəfatı ilə bağlı başsağlığı verib

12:49 - 29 / 07 / 2023
İlham Əliyev Tomas Qoltzun vəfatı ilə bağlı başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev məşhur jurnalist, yazıçı, publisist, Azərbaycanın böyük dostu Tomas Qoltzun vəfatı ilə bağlı mərhumun ailəsinə başsağlığı verib.

1news.az-ın məlumatına görə, mətndə deyilir:

"Məşhur jurnalist, yazıçı, publisist, Azərbaycanın böyük dostu Tomas Qoltzun vəfatı xəbəri bizi olduqca kədərləndirdi.

Tomas Qoltz uzun illərdən bəri jurnalistika sahəsində davamlı və səmərəli fəaliyyəti, zəngin təcrübəsi və yüksək peşəkarlığı ilə böyük nüfuz qazanmış, dərin araşdırmaları, hərtərəfli, qərəzsiz təhlilləri və məqalələri ilə “qaynar” münaqişə nöqtələrində sülhə və barışığa nail olunmasına töhfə vermişdir.

Tomas Qoltz Azərbaycanın böyük dostu idi. O, Azərbaycana dəfələrlə səfər etmiş, ölkəmizin ən əhəmiyyətli tarixi anlarına şahidlik etmişdir. Azərbaycanda ona hər zaman xüsusi hörmət və rəğbətlə yanaşmışlar. Tomas Qoltz 1992-ci ilin fevralında Xocalı soyqırımından sonra faciə ilə bağlı dünya ictimaiyyətinə məlumatları çatdıran ilk jurnalistlərdən idi. Onun artıq keçmişdə qalmış Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yazdığı məqalələrin, kitabların və çəkdiyi filmlərin Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında əvəzsiz töhfəsi olmuşdur.

Tomas Qoltzun Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevlə aralarında mövcud olmuş hörmət və ehtiramı, səmimi dostluq münasibətlərini yüksək tuturam. Onunla görüşlərimi və söhbətlərimi və xüsusilə də bu ilin mayında Şuşadakı görüşümüzü həmişə ən xoş təəssüratlarla xatırlayıram. Tomas Qoltzun parlaq xatirəsi xalqımızın qəlbində daim yaşayacaqdır.

Bu ağır anlarda dərdinizi bölüşür, Mehriban xanım ilə birlikdə ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verirəm.

Paylaş:
432

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər