Ordumuzun Sədərək və Kəlbəcərdəki mövqeləri atəşə tutulub | 1news.az | Xəbərlər
Siyasət

Ordumuzun Sədərək və Kəlbəcərdəki mövqeləri atəşə tutulub

08:37 - 14 / 08 / 2023
Ordumuzun Sədərək və Kəlbəcərdəki mövqeləri atəşə tutulub

Avqustun 13-də saat 22:45-dən avqustun 14-ü saat 07:05-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca və Dəvəli rayonunun Arazdəyən yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Mollabayramlı və Sədərək rayonunun Heydərabad yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.

Müdafiə Nazirliyindən 1news.az-a bildirilib ki, bölmələrimiz tərəfindən cavab tədbirləri görülüb.

Paylaş:
406

Son xəbərlər

Bütün xəbərlər