İspaniya XİN Azərbaycanın əleyhinə olan paylaşımını silib | 1news.az | Xəbərlər
Siyasət

İspaniya XİN Azərbaycanın əleyhinə olan paylaşımını silib

17:42 - 15 / 08 / 2023
İspaniya XİN Azərbaycanın əleyhinə olan paylaşımını silib

İspaniya Krallığının Xarici İşlər, Avropa İttifaqı və Əməkdaşlıq Nazirliyi Azərbaycanın əleyhinə olan paylaşımını silib.

1news.az xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İspaniyanın müvəqqəti işlər vəkili ölkəsinin davamlı olaraq Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini və bu mövqedə heç bir dəyişikliyin baş vermədiyini bildirib. Sözügedən "X" paylaşımının texniki nöqsan olduğunu deyən ispan diplomat bu səbəbdən də Azərbaycan tərəfinin narahatlığını ifadə etməsindən dərhal sonra həmin paylaşımın silindiyini diqqətə çatdırıb.

Paylaş:
447

Son xəbərlər

Yağış yağacaq - PROQNOZ

10 / 09 / 2025, 12:19
Bütün xəbərlər