Deputat: “Ermənistan və havadarları BMT Təhlükəsizlik Şurası müstəvisində məqsədinə nail olmadı” | 1news.az | Xəbərlər
Siyasət

Deputat: “Ermənistan və havadarları BMT Təhlükəsizlik Şurası müstəvisində məqsədinə nail olmadı”

13:10 - 17 / 08 / 2023
Deputat: “Ermənistan və havadarları BMT Təhlükəsizlik Şurası müstəvisində məqsədinə nail olmadı”

"BMT Təhlükəsizlik Şurasının iclasında Ermənistanın və onun havadarlarının Azərbaycana qarşı hansısa sənəd qəbul etmək planı baş tutmadı. Bu, onların fiaskosu oldu".

Bu fikirləri 1news.az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, iclasda xüsusilə Ermənistan və Fransa ölkəmizə qarşı açıq qərəz nümayiş etdirdi, regionda vəziyyəti təhrif etdi.

"Amma qardaş Türkiyə və digər bəzi ölkələr bu məsələdə ərazi bütövlüyü və suverenlik amilini xüsusi vurğuladılar. Eyni zamanda, Ağdam - Xankəndi yolundan humanitar məqsədlər üçün istifadənin zəruriliyini qeyd etdilər. Ən vacib məqam ondan ibarətdir ki, iclasda ölkəmizin əleyhinə heç bir sənəd qəbul olunmadı".

Millət vəkilinin sözlərinə görə, Azərbaycanın BMT-də daimi nümayəndəsi, səfir Yaşar Əliyev çıxış edərək dövlətimizin prinsipial mövqeyini bir daha bəyan etdi.

"Daimi nümayəndə, Ermənistanın Qarabağda humanitar böhranın olmadığını faktlarla təqdim etdi. Diplomatın nümayiş etdirdiyi foto faktlar qarşı tərəfə böyük zərbə oldu. Çünki bütün bunlar erməni yalanlarını bütün dünyada ifşa etdi. Təsadüfi deyil ki, Ermənistanda bu məsələ geniş müzakirə mövzusuna çevrilib və ifşa olunduqlarını etiraf edirlər".

Sevinc Fətəliyeva qeyd edib ki, Ermənistan və havadarları BMT Təhlükəsizlik Şurası müstəvisində məqsədinə nail olmadı.

"Bu, dövlətimizin növbəti diplomatik qələbəsi hesab olunmalıdır. Amma onu da bilirik ki, Ermənistan Azərbaycana qarşı çirkin kampaniyanı davam etdirməyə çalışacaq. Beynəlxalq hüquq və ədalət Azərbaycanın tərəfindədir. Dövlətimiz prinsipial mövqeyini bundan sonra da davam etdirəcək. Ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı yönəlmiş bütün addımların cavabı qətiyyətlə veriləcək".

Paylaş:
278

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər