Emoməli Rəhmon Azərbaycana dövlət səfərinə dəvət olunub | 1news.az | Xəbərlər
Rəsmi

Emoməli Rəhmon Azərbaycana dövlət səfərinə dəvət olunub

13:13 - 18 / 08 / 2023
Emoməli Rəhmon Azərbaycana dövlət səfərinə dəvət olunub

Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycana dövlət səfərinə dəvət olunub.

1news.az-ın məlumatına görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin avqustun 18-də Tacikistanın yeni səfiri İlxom Abduraxmonun etimadnaməsini qəbul edərkən bildirilib.

Səfir Tacikistan Prezidenti Emoməli Rəhmonun salamlarını dövlət başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Tacikistan Prezidentinə çatdırmağı xahiş edib və Prezident Emoməli Rəhmonu Azərbaycana dövlət səfərinə dəvət edib.

Paylaş:
492

Son xəbərlər

Bütün xəbərlər