Deputat: Mehriban Əliyeva respublikamızı beynəlxalq miqyasda uğurla təmsil edir | 1news.az | Xəbərlər
Siyasət

Deputat: Mehriban Əliyeva respublikamızı beynəlxalq miqyasda uğurla təmsil edir

14:38 - 25 / 08 / 2023
Deputat: Mehriban Əliyeva respublikamızı beynəlxalq miqyasda uğurla təmsil edir

“Mehriban xanım Əliyevanın müxtəlif sahələri əhatə edən məqsədyönlü fəaliyyəti ölkəmizin inkişafına, xalqımızın rifahının yaxşılaşmasına, müstəqil Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsinə xidmət göstərir, respublikamızın davamlı nailiyyətlər qazanmasını təmin edir”.

1news.az xəbər verir ki, bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

"Ona görə də Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın gördüyü işlər xalqın rifahına və dövlətin inkişafına həsr olunmuş çoxşaxəli fəaliyyət kimi səciyyələndirilir”.
Deputat bildirib ki, Mehriban xanım Əliyeva öz fəaliyyəti ilə Vətənə sədaqət, xalqa xidmət və milli dəyərlərə hörmət nümunəsi yaradıb:

Sevinc Fətəliyeva

“Onun çoxşaxəli və genişmiqyaslı fəaliyyəti, irəli sürdüyü təşəbbüslər Azərbaycan dövlətinin milli gücünün artmasını, ölkəmizin beynəlxalq imicinin möhkəmlənməsini şərtləndirib. Mehriban xanım Əliyeva, eyni zamanda, Azərbaycan qadının dünyada müsbət obrazının möhkəmlənməsində, ölkəmizdə qadınların həyatın müxtəlif sahələrində fəallığının artmasında müstəsna rol oynayıb. Mehriban xanım ölkəmizdəki qadın hərəkatı tarixində ilk şəxsiyyətdir ki, maarifçilikdən səhiyyəyə, idmandan mədəniyyətimizin təbliğinə, xeyriyyəçilikdən ətraf mühitin qorunmasına qədər geniş bir fəaliyyət məkanını əhatə edir. Mehriban xanım Əliyeva, həmçinin humanizmin və xeyirxahlığın təşviqinə xidmət edən dəyərli fəaliyyət örnəyi yaradıb. Onun həssas sosial qrupların problemlərinin həllini daim diqqətdə saxlaması, şəhid ailələri, qazilər, məcburi köçkünlər, ahıllar, kimsəsizlər, irsi qan xəstəliyindən və digər irsi xəstəliklərdən əziyyət çəkən şəxslərə xüsusi qayğı göstərməsi çox mühüm əhəmiyyətə malikdir".

Millət vəkilinin sözlərinə görə, Mehriban xanım Əliyevanın Azərbaycan reallıqlarının dünya ictimaiyyətinə çatdırılması istiqamətində çoxşaxəli fəaliyyəti də böyük önəm kəsb edir.

“Azərbaycan xalqının yaratdığı milli mədəniyyət və incəsənət nümunələrinin dünya miqyasında təbliği, ümummilli məsələlərlə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində məqsədyönlü işlər görülür. Bununla yanaşı, Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti təkcə Azərbaycan ilə məhdudlaşmır, daha geniş coğrafiyanı əhatə edir və sözün əsl mənasında, xalqlar və mədəniyyətlərarası əlaqələrin inkişafına dəyərli töhfə verir. Bunun nəticəsidir ki, Mehriban xanım Əliyevanın fəaliyyəti beynəlxalq miqyasda yüksək qiymətləndirilir O, həm də xalqlararası münasibətlərin və sivilizasiyalararası dialoqun inkişafına özünəməxsus töhfələr verir ki, bu da beynəlxalq müstəvidə yüksək qiymətləndirilir. Çoxsaylı təltiflər məhz Mehriban xanım Əliyevanın beynəlxalq əhəmiyyətli fəaliyyətinə verilən yüksək qiymətin ifadəsidir. bütövlükdə, Azərbaycanın Birinci vitse-prezidenti öz fəaliyyəti ilə ölkəmizin inkişafına dəyərli töhfələr verir, respublikamızı beynəlxalq miqyasda uğurla təmsil edir”,- deyə, Sevinc Fətəliyeva vurğulayıb.

Paylaş:
610

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər