QAİ: Fransanın məqsədi Azərbaycanla Ermənistan arasında sülhə mane olmaqdır | 1news.az | Xəbərlər
Siyasət

QAİ: Fransanın məqsədi Azərbaycanla Ermənistan arasında sülhə mane olmaqdır

17:56 - 25 / 08 / 2023
QAİ: Fransanın məqsədi Azərbaycanla Ermənistan arasında sülhə mane olmaqdır

Fransanın Paris şəhəri daxil olmaqla bir sıra bölgələrinin yerli özünüidarəetmə orqanlarının nümayəndələrinin 30 avqust 2023-cü il tarixində Azərbaycanın Laçın bölgəsi istiqamətində Ermənistanla şərti sərhəd zonasında təxribata cəhd edəcəkləri barədə məlumat yayılıb.

Qərbi Azərbaycan İcmasından bildirilib ki, qatı irqçi, Azərbaycan-fob Ann İdalqo, Fransanın erməni icmasının radikal nümayəndəsi Jan Barseqyan kimi ünsürlərin təşkil etdikləri bu avantüranın guya Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərə “humanitar yardım” aparmaq məqsədi daşıdığı bildirilir.

Vurğulamaq lazımdır ki, bu şəxsləri və bu təxribatın əsl təşkilatçısı olan Fransa hökumətini qətiyyən humanitar məsələlər maraqlandırmır. Sözügedən dairələri insan taleyi maraqlandırsaydı, onlar Ermənistanın Azərbaycan ərazilərini işğal etməsinə, bir milyondan artıq azərbaycanlını etnik təmizləməyə məruz qoymasına, 20 mindən artıq mülki azərbaycanlını qətl etməsinə, 900 Azərbaycan yaşayış məskənini yer üzərindən silməsinə etiraz edərdilər.

Fransanın bu mənfur addımı təşkil etməkdə məqsədi bölgədə vəziyyəti daha da gərginləşdirmək, Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin re-inteqrasiyasını və Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olunmasını əngəlləməkdir.

Qərbi Azərbaycan İcması Fransanı bu ucuz təxribatdan çəkinməyə, Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olunmasına mane olmamağa və Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə qayıtmasına dəstək verməyə çağırır.

Paylaş:
325

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər