Azərbaycanın Livandakı səfirliyinə hücum bir daha ermənilərin xislətini, terrorçuluq mahiyyətini, düşüncəsini ortaya qoydu
Bu gün Azərbaycan-Ermənistan Sülh Müqaviləsinin hazırlanmasının yekun işlərinin görülməsi, habelə regionda dayanıqlı sülhün, təhlükəsizliyin təmin olunması istiqamətində Azərbaycan hökuməti tərəfindən böyük işlər görülür.
Bu davamlı tədbirləri gözü götürməyən qüvvələr də öz tərəfindən ardıcıl təxribatlar törədir, dünyada şəbəkələşmiş kriminal qruplaşmalar vasitəsilə Azərbaycanın rəsmi səfirlik və nümayəndəliklərinə qarşı hücumlar, eləcə də terror aktları həyata keçirirlər.
31 avqust 2023-cü il tarixində Azərbaycan Respublikasının Livan Respublikasındakı Səfirliyi bir qrup erməniəsilli şəxs tərəfindən hücuma məruz qalıb. Səfirliyimizin qarşısında aksiya keçirən 50-yə yaxın erməniəsilli şəxs səfirliyin inzibati binasının ətrafındakı hasara zərbələr endirib, özləri ilə gətirdikləri içərisində boya olan və partlayıcı bərkidilmiş şüşələri səfirliyin inzibati binasına atıb.
Baş vermiş bu hadisə həyata keçirilən terrorun davamıdır və bu vandal hadisəsi nəinki pislənməli, eyni zamanda bütün dünya ictimaiyyətini narahat etməlidir. Həmin hücum bir daha ermənilərin xislətini, terrorçuluq mahiyyətini, düşüncəsini ortaya qoydu.
Mən bu hadisədə iştirak edən insanların əməllərini şiddətlə qınayır və Livan Respublikasının 18 aprel 1961-ci il tarixində qəbul olunmuş diplomatik əlaqələr haqqında Vyana Konvensiyasından, habelə imzalanmış ikitərəfli razılaşmalardan irəli gələn öhdəliklərin olduğunu vurğulayıram.
Bu baxımdan Livan hökumətini Azərbaycan Səfirliyinə qarşı törədilmiş terror, vandalizm aktının iştirakçılarını tez bir zamanda cəzalandırmağa və bu kimi halların bir daha təkrarlanmaması üçün qəti tədbirlər görməyə çağırıram.
Cənubi Qafqazda, xüsusilə Azərbaycanın suveren ərazilərində məkrli niyyətləri olan Ermənistanın revanşist qüvvələrinə qeyri-qanuni dəstək verən tərəflərə də heç bir nəticə əldə edə bilməyəcəklərini bildirərək, beynəlxalq hüquq və prinsiplərə riayət etməklə Azərbaycan hökuməti ilə razılaşdırılmış fəaliyyətin həyata keçirilməsinin zəruri olduğunu vurğulayıram.
Məzahir Əfəndiyev
Azərbaycan Respublikası
Milli Məclinin deputatı