AZAL “Təyyarə Bələdçisi” vəzifəsi üzrə işçi axtarışına başlayır | 1news.az | Xəbərlər
Siyasət

AZAL “Təyyarə Bələdçisi” vəzifəsi üzrə işçi axtarışına başlayır

12:14 - 01 / 09 / 2023
AZAL “Təyyarə Bələdçisi” vəzifəsi üzrə işçi axtarışına başlayır

“Azərbaycan Hava Yolları” (AZAL) özünü “Təyyarə Bələdçisi” vakansiyanın tələblərinə uyğun hesab edən hər kəsi müsahibələrdə iştirak etməyə dəvət edir.

"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, Regionun liderlərindən biri kimi tanınan AZAL aviasiya ailəsinin bir hissəsi olmağa hazır olan həvəsli və perspektivli namizədlər axtarışındadır.

Təyyarənin göyərtəsində sərnişinlərin təhlükəsizliyinin və rahatlığının təmin edilməsində bələdçilər mühüm rol oynayır. Bundan əlavə, onlar sərnişinlərə keyfiyyətli xidmətin və ilk tibbi yardımın göstərilməsi də daxil olmaqla mülki aviasiya standartlarına uyğun olaraq öz vəzifələrinə cavabdehdirlər.

Aviaşirkətdə “Təyyarə Bələdçisi” kimi çalışmaq sizə peşəkar inkişaf, komanda işi və unikal təcrübə kimi imkanlar yaradacaq.

Bu vəzifəyə uyğun olan namizədlər mülki aviasiyada işləmək arzusu, punktuallıq, stressə davamlılıq və nizam-intizam kimi mühüm keyfiyyətlər ilə yanaşı aşağıdakı tələblərə də cavab verməlidirlər:

- Azərbaycan Respublikası vətəndaşı;
- 20-35 yaş aralığında olmaq (uyğun təcrübə olmadığı halda), maksimum 45 (uyğun təcrübə olduğu halda);
- minimum tam orta təhsil;
- hərbi bilet (olduğu təqdirdə)
- boy: 160-180 (xanım namizədlər üçün) / 170-185 (bəy namizədlər üçün);
- dil bilikləri: Azərbaycan – səlis, İngilis – orta səviyyə (fikirləri sərbəst ifadə etmək qabiliyyəti);
- ünsiyyət və təşkilatçılıq bacarığına malik olmaq;
- mütəmadi ezamiyyətlərə hazır olmaq;
- uçuş üçün tibbi əks göstərişin olmaması.

“Təyyarə Bələdçisi” vəzifəsinə tələblər haqqında ətraflı məlumat üçün aşağıdakı linkə daxil olun: https://glorri.com/azal/64edfde813fc7c60c74092c4.

Namizədlər bu vakansiya üzrə aviaşirkətin rəsmi internet saytı www.azal.az vasitəsilə "Karyera" bölməsinə keçid edərək müraciət edə bilərlər. Bununla yanaşı, onlar CV-lərini [email protected] poçt ünvanına göndərə və ya Heydər Əliyev Beynəlxalq Aeroportunun 2-ci Terminalının “Şimal” girişində yerləşdirilən xüsusi qutuya buraxa bilərlər.

“Azərbaycan Hava Yolları”na qoşulun və peşəkar komandanın bir hissəsi olun!

Paylaş:
508

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər