Azərbaycan Mərkəzi Bankı ICIEC ilə gələcək inkişaf imkanlarını müzakirə edib | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan Mərkəzi Bankı ICIEC ilə gələcək inkişaf imkanlarını müzakirə edib

17:39 - 05 / 09 / 2023
Azərbaycan Mərkəzi Bankı ICIEC ilə gələcək inkişaf imkanlarını müzakirə edib

"Azərbaycan Mərkəzi Bankı (AMB) və İxrac Kreditlərinin Sığortalanması üzrə İslam Korporasiyası (ICIEC) arasında gələcək inkişaf imkanları müzakirə edilib.

1news.az xəbər verir ki, bu barədə AMB-nin sədri Taleh Kazımov "X" sosial şəbəkədəki hesabında yazıb

"Azərbaycan Mərkəzi Bankında İnvestisiyaların və İxrac Kreditlərinin Sığortalanması üzrə İslam Korporasiyasının baş icraçı direktoru Oussama Abdel Rahman Kaissinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdük.

Görüşdə investisiyaların və ixrac kreditlərinin islami prinsiplər əsasında sığortalanması məsələlərinə, xüsusən də bu maliyyə münasibətlərinin ölkəmizdə real sektorun və maliyyə sisteminin inkişafına töhfəsinə dair fikir mübadiləsi apardıq", - T. Kazımov qeyd edib.

Paylaş:
441

Son xəbərlər

Bəzi çaylardan sel keçəcək

11 / 06 / 2025, 14:17
Bütün xəbərlər