“Göndərilən yardımın qəbul olunmaması onu göstərir ki...” - Deputat | 1news.az | Xəbərlər
Siyasət

“Göndərilən yardımın qəbul olunmaması onu göstərir ki...” - Deputat

Ayşən İsmayılova13:48 - 05 / 09 / 2023
“Göndərilən yardımın qəbul olunmaması onu göstərir ki...” - Deputat

“Göndərilən yardımın qəbul olunmaması onu göstərir ki, Qarabağda heç bir aclıq yoxdur”.

Bu sözləri Milli Məclisin deputatı Ceyhun Məmmədov Azərbaycan tərəfindən Qarabağda yaşayan erməni əsilli sakinlər üçün göndərilən humanitar yardımın Ağdam-Xankəndi yolunda gözlədilməsi ilə bağlı 1news.az-a danışarkən deyib.

“Bu daha çox süni formada yaradılmış bir ajiotajdır və Ermənistanın yaratdığı tır şousunun növbəti tərkib hissəsidir. Əgər həqiqətən də elə bir aclıq olsaydı, bu gün ermənilər həmin yükü qəbul edərdilər. Bu da onu göstərir ki, orada hansısa bir humanitar böhran yoxdur. Bu daha çox ermənilərin təbliğat məqsədilə istifadə etdikləri məsələdir. Bu gün ac olan insan küçələrə çıxıb “bizə türkün çörəyi lazım deyil” deməz. Bu daha çox Ermənistanın çirkin məqsədlərini və niyyətini yerinə yetirmək üçün ortaya atılan bir məsələdir.

Deputat qeyd edib ki, ermənilər onu da bilməlidirlər ki, bu cəhdlərinin heç bir perspektivləri olmayacaq və heç bir effekt verməyəcək.

“Onlar çalışmalıdırlar ki, belə təxribatlara son qoysunlar. Bu addımları atdıqca əks nəticəsi daha çox olacaq. Çünki Azərbaycan sona kimi öz mövqeyini müdafiə edəcək. Yaxşı olar ki, Ermənistan bölgəyə sülhün gəlməsi üçün real və ciddi addımlar atsın”.

Xatırladaq ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) tərəfindən Qarabağda yaşayan erməniəsilli sakinlərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan göndərilən 40 ton un, artıq 8-ci gündür ki, mənzil başına çatmaq üçün aparılan danışıqların nəticəsini gözləyir.

Paylaş:
665

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər