Erməni silahlı dəstələrinin yeni səngər yolları qazmağa cəhdinin qarşısı alınıb | 1news.az | Xəbərlər
Rəsmi

Erməni silahlı dəstələrinin yeni səngər yolları qazmağa cəhdinin qarşısı alınıb

13:26 - 06 / 09 / 2023
Erməni silahlı dəstələrinin yeni səngər yolları qazmağa cəhdinin qarşısı alınıb

Sentyabrın 6-sı saat 12:10 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən mövqelərinə yaxınlaşmaq məqsədilə yeni səngər yolları qazmağa cəhd göstəriblər.

Bu barədə 1news.az-a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

"Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb", - məlumatda vurğulanıb.

Paylaş:
454

Son xəbərlər

Bütün xəbərlər