Hikmət Hacıyev “The New York Times”a açıq məktub ünvanlayıb
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “The New York Times”a açıq məktub ünvanlayıb.
1news.az xəbər verir ki, o bu barədə “X” hesabında paylaşım edib.
“Təəssüf edirəm ki, “The New York Times” hər kəs üçün ədalətli platforma olmaq əvəzinə, alternativ baxışlara maneələr və bürokratik əngəllər qoyur. “X” Azərbaycana qarşı sovet üslubunda təbliğat aparan bəzi Qərb KİV-lərinin informasiya monopoliyasına qarşı daha güclü, azad və açıq platforma təqdim edir. NYT da daxil olmaqla bütün bu məqalələri yoxladıqda elə təəssürat yaranır ki, onların hamısı eyni hökumət redaksiyasında və ya erməni lobbisi və hökuməti tərəfindən maliyyələşdirilən PR şirkətində tərtib edilib”, - deyə H.Hacıyev qeyd edib.