Qeyri-qanuni erməni silahlı dəstələrinin Ağdam istiqamətində səngər qazmağının qarşısı alınıb | 1news.az | Xəbərlər
Siyasət

Qeyri-qanuni erməni silahlı dəstələrinin Ağdam istiqamətində səngər qazmağının qarşısı alınıb

15:25 - 08 / 09 / 2023
Qeyri-qanuni erməni silahlı dəstələrinin Ağdam istiqamətində səngər qazmağının qarşısı alınıb

"Saat 14:00 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqelərinə yaxınlaşmaq məqsədilə yeni səngər yolları qazmağa cəhd göstəriblər".

Bu barədə 1news.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

Paylaş:
431

Son xəbərlər

Leysan yağacaq - XƏBƏRDARLIQ

04 / 12 / 2025, 16:35

Çində güclü zəlzələ olub

04 / 12 / 2025, 12:52
Bütün xəbərlər