Prezident İlham Əliyev Mərakeş Kralına başsağlığı verib | 1news.az | Xəbərlər
Rəsmi

Prezident İlham Əliyev Mərakeş Kralına başsağlığı verib

12:20 - 09 / 09 / 2023
Prezident İlham Əliyev Mərakeş Kralına başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev Mərakeş Kralı Əlahəzrət VI Məhəmmədə başsağlığı verib.

1news.az xəbər verir ki, başsağlığı məktubunda deyilir:

"Mərakeşdə baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni son dərəcə sarsıtdı.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Mərakeş xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!"

Paylaş:
376

Son xəbərlər

Bütün xəbərlər