Azərbaycan Prezidenti Tacikistana səfərə gedib - FOTO | 1news.az | Xəbərlər
Rəsmi

Azərbaycan Prezidenti Tacikistana səfərə gedib - FOTO

10:17 - 14 / 09 / 2023
Azərbaycan Prezidenti Tacikistana səfərə gedib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun dəvəti ilə Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə fəxri qonaq qismində iştirak etmək üçün sentyabrın 14-də Tacikistana səfərə gedib.

1news.az xəbər verir ki, Düşənbə Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidenti İlham Əliyevi Tacikistanın Baş naziri Koxir Rasulzada və digər rəsmi şəxslər qarşıladılar.

Paylaş:
683

Son xəbərlər

Bütün xəbərlər