Ərdoğan Ermənistan-Azəbaycan münasibətləri barədə danışıb
"İndi təbii ki, üçtərəfli görüş təklifimizi onlara çatdırmışıq.
Amma bu məsələdə biz üçlü yox, dördlü təklif etdik. Yəni bu yerlərə heç bir aidiyyəti olmayan liderlərlə deyil, Rusiya lideri cənab Putinlə, Azərbaycan Prezidenti cənab Əliyevlə, mənim və hazırda məsələ ilə məşğul olan Ermənistanın baş naziri Paşinyanla dördlük olaraq belə bir görüş keçirək".
1news.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının 78-ci Baş Assambleyasının müzakirələrində iştirak etmək üçün ABŞ-yə yola düşməzdən əvvəl hava limanında jurnalistlərə açıqlamasında deyib.
"Elə təklif verdik ki, addımıı da ona uyğun ataq. Hələlik heç bir müsbət və ya mənfi rəy almamışıq. Biz cənab Əliyevlə bu məsələni daha sonra müzakirə edəcəyik və hadisələri yaxından izləyəcəyik", - Ərdoğan vurğulayıb.