Texniki avadanlıqları rəsmi pərakəndə satış mağazalarından almağın 5 üstünlüyü | 1news.az | Xəbərlər
Cəmiyyət

Texniki avadanlıqları rəsmi pərakəndə satış mağazalarından almağın 5 üstünlüyü

10:00 - 19 / 09 / 2023
Texniki avadanlıqları rəsmi pərakəndə satış mağazalarından almağın 5 üstünlüyü

“Qara bazar” rəsmi mağazalara qarşı: alıcı texniki avadanlıq seçərkən necə risk edir?

Yeni notbuk və ya smartfon əldə etməyi planlaşdırdığımız zaman biz adətən onun texniki xüsusiyyətlərini, qiymətini və etibarlılığını dəyərləndiririk. Elektrik avadanlığı almaq çox vaxt baha başa gəlir və istifadəçilər tez-tez qeyri-rəsmi tərəfdaşlara və ya məhsulu aşağı qiymətə təklif edən xüsusi satıcılara müraciət edirlər. Qara bazarın alıcılar üçün üstünlükləri varmı? Rəsmi tərəfaşlarda qiymətlər həqiqətən daha yüksəkdir? Bu məsələyə məqaləmizdə aydınlıq gətirməyə çalışacağıq.

Təhlükəsizlik

Rəsmi satış kanallarının lehinə olan birinci və çox səsləndirilən arqument orijinal və yüksək keyfiyyətli mal almaq imkanıdır. “Qara bazardan” əldə etdiyiniz avadanlıq saxta, bəyan olunan xüsusiyyətlərdən tamamilə uzaq, hətta istifadəsi təhlükəli, işlənmiş və ya təmir edilmiş məhsul ola bilər. İstehsalçıya məxsus məhsulları rəsmi olaraq satan mağazalarda bu vəziyyət praktiki olaraq istisna edilir. “Rəsmi tədarükçü” statusunu əldə etmək üçün pərakəndə satış şəbəkələri satdıqları məhsullar ilə əlaqəli ciddi keyfiyyət standartlarına, eləcə də yüksək müştəri xidməti standartlarına cavab verməlidirlər.

Bu cür icazəni əldə etmək elə də asan deyil və ona sahib olan pərakəndə satış şəbəkələri bu statusu yüksək qiymətləndirirlər. Bu səbəbdən onlar orijinal adı altında "qeyri-rəsmi" şəkilə idxal olunan bir məhsulu sizə sataraq öz etibarlarına xələl gətirməzlər. Rəsmi pərakəndə satış şəbəkələrinin mağazalarından avadanlıq alarkən, onun mənşəyinin məlum olduğuna və bütün təhlükəsizlik standartlarına cavab verdiyinə əmin ola bilərsiniz. Həmin avadanlıqlarda əvvəlcədən quraşdırılmış fişinq proqramları, viruslar və s. olmur.

Lenovo notbukunun orijinallığını necə yoxlamaq olar?

• Hər bir cihazın özünəməxsus seriya nömrəsi olur və bu nömrə vasitəsilə istehsalçı şirkətin rəsmi saytından (https://pcsupport.lenovo.com/us/en/warrantylookup#/ ) və ya rəsmi servis mərkəzində məhsulun mənşəyi və hansı ölkə üçün nəzərə tutulması barədə məlumat əldə edə bilərsiniz.

• Vizual qaydada yoxlayaraq - Azərbaycana rəsmi şəkildə gətirilən cihazların klaviaturalarında həm ingilis, həm də kiril əlifbaları mövcud olur.

• Azərbaycan və Mərkəzi Asiya regionu üçün istehsal olunan notbuk modellərinin adındakı (part number) kod RK, RU, KZ ilə bitə bilər. Cihazınızın part number bölməsində başqa hərf kombinasiyaları olarsa (Böyük Britaniya, ABŞ və s.), bu, “qara bazar” üçün gətirilən məhsuldur.

• Rəsmi proqram təminatının olması.

Zəmanət

Adətən rəsmi mağazalardan əldə olunan texniki avadanlıqlar istehsalçı zəmanətinə malik olur, bu o deməkdir ki, cihazda problem yaranarsa, rəsmi servis mərkəzinə müraciət edərək pulsuz və ya cüzi bir ödəniş qarşılığında xidmət görə və cihazı təmir etdirə bilərsiniz.

Lenovonun Azərbaycandakı rəsmi servis mərkəzləri:

Azerbaijan Technology Solutions Baku AZ1025, A. Cəlilov küç., 32; +(99412) 490-34-95/96

DiVi Corporation AZ1022, Rəşid Behbudov küç. 89B; +(99412) 497 31 21

BestComp Group AZ1007, Feyzulla Qasımzadə küç., 47X; +(99412) 541 57 57

Rəsmi mağazalar, məhsul hər-hansı səbəbdən sizə uyğun gəlməzsə və ya qüsurlu olarsa (yerli qanunvericiliyə əsasən 14 gün ərzində), müştərilərinə həmin məhsulu dəyişdirmək və qaytarmaq imkanı verir. Qeyri-rəsmi tədarükçülər isə çox zaman heç bir təmir xidməti göstərmir və müraciətinizdən sonra ən yaxşı halda keyfiyyətsiz məhsulu dəyişdirməyə razı ola bilərlər, lakin çox güman ki, bu sizin vaxtınız, gərginlik və əsəblərinizin korlanması hesabına başa gələcəkdir.

Keyfiyyət

Rəsmi mağazalardan alınan məhsullar ciddi keyfiyyət sınaqlarından keçirilir və satıldığı ölkənin qanunları və standartlarına uyğunluq sertifikatına malik olur. Belə ki, siz aldığınız məhsulun keyfiyyətindən tam əmin ola bilərsiniz.

Lenovo öz istehsalı olan məhsulların keyfiyyətinə ciddi yanaşır. Şirkət notbuklarının istehsal prosesinin hər bir mərhələsini, material və əsas materialların tədarük zənciri daxil olmaqla, dünya miqyasında servis mərkəzlərinin idarə olunmasına qədər nəzarət edir.

Orijinal cihazlar saxta və qeyri-rəsmi şəkildə idxal olunan cihazlarda mövcud olmayan əlavə xidmətlərlə təchiz oluna bilər.

Lenovo şirkətinin proqram təminatı

Məsələn, Lenovo Vantage tətbiqi kompüterinizin işini optimallaşdırmağa və mühafizə sistemini aktivləşdirməyə imkan verən əvvəlcədən quraşdırılmış bir proqramdır. Vantage vasitəsilə cihaz və sistem parametrlərini sürətli şəkildə dəyişdirə, batareyanın vəziyyətini yoxlaya, Wi-Fi şəbəkəsinin təhlükəsizliyini təmin edə və ən son drayverləri və proqram təminatını (fimware) yükləyə bilərsiniz.

Dəstək xidməti

Almağı düşündüyünüz texnikanın istehsalçısının rəsmi tərəfdaşlarının mağazaları əsasən tədarükçülərin rəsmi servis mərkəzləri ilə əlaqəli olur və ya öz müştəriləri üçün öz dəstək xidmətlərini yaradırlar. Beləliklə, şirkət mağazalarından məhsul aldıqda Baku Electronics, Kontakt Home, Soliton, World Telecom, Division, Meduza Komputer, "Azerbaijan Technologies" company, Lenovo avadanlığı ilə bağlı hər hansı bir sualınız və ya probleminiz yaranarsa yardım ala bilərsiniz.

Xüsusi təkliflər və aksiyalar

Rəsmi pərakəndə satışa əsas arqumentlərdən biri marka mağazalarda mallar və xidmətlərin qiymətinin yüksək olmasıdır. Bəs ölkəyə qanuni yolla idxal olunan malları səlahiyyətli satıcıdan almaq hər zamanmı daha baha başa gəlir? Yuxarıda qeyd olunan üstünlüklərdən əlavə, rəsmi mağazalar və onların veb saytları alıcıya çatdırılma, rahat kredit və hissə-hissə ödəmə şərtləri, eksklüziv təkliflər və aksiyalar, endirimlər və xüsusi təkliflər, loyallıq proqramları və başqa güzəştlər təqdim edə bilər. Başqa bir deyimlə, “qara bazar” idxalçılarının və ya fərdi satıcıların öyünə bilməyəcəyi hər şey bu güzəştlərə daxil olur.

Hər kəs puluna qənaət etmək istəyir, lakin hər dəfə yeni notbuk və ya smartfon almaq üçün hara müraciət etmək haqqında seçim edərkən, pulunuzu riskə atmaq və mənşəyi məlum olmayan, lisenziyasız məhsulların ticarətinə dəstək vermək istəyib-istəmədiyiniz barədə düşünməlisiniz.

Paylaş:
399

Son xəbərlər

Türkiyə Prezidenti Anım Günü ilə bağlı paylaşım edibBu gün, 16:09Dövlət Komitəsində azərbaycanlı əhalinin Xankəndiyə qayıdışının təşkili müzakirə olunubBu gün, 15:59Səfir: Britaniya regionda dinc gələcək üçün bütün tərəflərlə işləməyə davam edəcəkBu gün, 15:40Şəhid olandan 6 gün sonra əkiz qızları doğuldu - FOTOBu gün, 15:35Samanta Pauer Azərbaycana gəlibBu gün, 15:14Kreml Vardanyanın saxlanılmasına münasibət bildiribBu gün, 15:07Səhra hospitalı qurmaq üçün FHN-in 53 avtomobili Ağdamdan Xocalıya yola düşüb - FOTOBu gün, 14:51Azərbaycan sərhədçiləri Ruben Vardanyanı saxladı, Bakıya gətirilib - VİDEO - FOTOBu gün, 14:40Prezident İlham Əliyev BMT-nin Məskunlaşma Proqramının icraçı direktorunu qəbul edibBu gün, 14:37Türkiyə XİN Xankəndidəki partlayışla bağlı başsağlığı veribBu gün, 14:21Son bir ayda Azərbaycanda POS-terminalların sayı kəskin azalıbBu gün, 13:58Zaxarova Makronu xəyalpərəst adlandırıbBu gün, 13:53Ceyhun Bayramov: 3 il ərzində Ermənistan Azərbaycanın uzatdığı əli geri itələdiBu gün, 13:48Binəli Yıldırım Azərbaycan xalqına başsağlığı veribBu gün, 13:45XİN rəhbəri: Azərbaycan Ordusu antiterror tədbirləri zamanı ancaq hərbi hədəfləri məhv edibBu gün, 13:36Nazir: Antiterror tədbirləri zamanı şəhid olan hərbçilərlə bağlı sosial təminatlar vaxtında icra olunacaqBu gün, 13:26Zəfər parkı doqquz hektardan çox ərazini əhatə edəcəkBu gün, 13:05BMT-nin Azərbaycandakı nümayəndəliyi: “BMT Cənubi Qafqazda davamlı sülh üçün işləməyə sadiqdir”Bu gün, 12:48İlham Əliyev və Mehriban Əliyeva Bakıda inşası davam etdirilən Zəfər parkında olublar - FOTOBu gün, 12:33Azərbaycan FHN-in nəqliyyat vasitələri və heyəti Ağdam yolu ilə Xankəndiyə yola düşüb - FOTOBu gün, 12:27
Bütün xəbərlər

Next TV