Ermənistan silahlı qüvvələrinin birləşmələrinin təxribatı nəticəsində iki hərbi qulluqçumuz yaralanıb | 1news.az | Xəbərlər
Siyasət

Ermənistan silahlı qüvvələrinin birləşmələrinin təxribatı nəticəsində iki hərbi qulluqçumuz yaralanıb

12:27 - 19 / 09 / 2023
Ermənistan silahlı qüvvələrinin birləşmələrinin təxribatı nəticəsində iki hərbi qulluqçumuz yaralanıb

Sentyabrın 19-u saat 11:45 radələrində Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqeləri Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub.

1news.az xəbər verir ki, nəticədə Azərbaycan Ordusunun iki hərbi qulluqçusu yaralanıb. Hərbi qulluqçularımıza dərhal ilkin tibbi yardım göstərilib.
Bölmələrimiz tərəfindən cavab tədbirləri görülüb.

Paylaş:
192

Son xəbərlər

Bütün xəbərlər