Azərbaycan MN: Bizim texniki vasitələrimizin müşayiəti ilə şəxsi heyətin geri çəkilməsinə şərait yaradılır
“Bizim texniki vasitələrimizin və müşahidə vasitələrinin nəzarəti altında şəxsi heyətin geriyə çəkilməsi və könüllü olaraq döyüş mövqelərini tərk etməsi üçün şərait yaradılır”.
1news.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyin Mətbuat Xidmətinin rəisi polkovnik Anar Eyvazov sentyabrın 20-də Qarabağdakı antiterror tədbirləri ilə bağlı keçirilən brifinqdə deyib.
MN rəsmisi bildirib ki, onlara bu halda heç bir zərbə endirilməyib.
327