BP Azərbaycanda neft-qaz və enerji sahələrində gələcək layihələrdə də maraqlı olduğunu bildirib
Xəbər verdiyimiz kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 20-də BP şirkətinin İdarə Heyətinin sədri Helqe Landı qəbul edib.
1news.az xəbər verir ki, söhbət zamanı BP şirkətinin Azərbaycanda neft-qaz və enerji sahələrində gələcək layihələrdə də maraqlı olduğu vurğulanıb, yeni sərmayə qoyuluşu imkanları müzakirə edilib.
Qlobal enerji keçidi nəzərə alınaraq, BP-nin Azərbaycanda olan tərəfdaşlarla, o cümlədən SOCAR ilə əməkdaşlıqda, yeni bərpaolunan enerji layihələrinin həyata keçirilməsində maraqlı və qətiyyətli olduğu bir daha diqqətə çatdırılıb.
399