MN: Xankəndiyə atəş açılmasına dair məlumatlar həqiqəti əks etdirmir, yalnız legitim hərbi obyektlər sıradan çıxarılır | 1news.az | Xəbərlər
Siyasət

MN: Xankəndiyə atəş açılmasına dair məlumatlar həqiqəti əks etdirmir, yalnız legitim hərbi obyektlər sıradan çıxarılır

1news Redaksiyası12:05 - 20 / 09 / 2023
MN: Xankəndiyə atəş açılmasına dair məlumatlar həqiqəti əks etdirmir, yalnız legitim hərbi obyektlər sıradan çıxarılır

Ermənistanın bəzi sosial media hesablarında guya Silahlı Qüvvələrimiz tərəfindən yenidən Xankəndi şəhərinə atəş açılması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir və dezinformasiya məqsədi daşıyır.

Bu barədə 1news.az-a Müdafiə Nazirliyindən bildirilib.

"Yayılan bu məlumatı qəti surətdə təkzib edirik. Bir daha bildiririk ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bölmələri yalnız legitim hərbi obyektləri və hərbi infrastrukturu yüksək dəqiqliyə malik silahlarla hədəfə alır və sıradan çıxarır", - qeyd edilib.

Paylaş:
348

Son xəbərlər

Bütün xəbərlər