İlham Əliyev 3 gün ərzində and içəcək | 1news.az | Xəbərlər
Siyasət

İlham Əliyev 3 gün ərzində and içəcək

13:38 - 13 / 02 / 2024
İlham Əliyev 3 gün ərzində and içəcək

Xəbər verdiyimiz kimi, Konstitusiya Məhkəməsi fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkilərinin nəticəsini təsdiqləyib. Konstitusiya Məhkəməsinin qərarı ilə MSK-nın yekun protokoluna əsasən, İlham Əliyev 92,12 faiz səslə prezident seçkilərində qalib gəlib.

1news.az-ın məlumatına görə, prezident 3 gün ərzində and içəcək.

Belə ki, Konstitusiyanın 103-cü maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti seçilmiş şəxs Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunları haqqında məlumatın elan olunduğu gündən başlayaraq 3 gün ərzində Konstitusiya Məhkəməsi hakimlərinin iştirakı ilə and içir.

And içdiyi gündən Azərbaycan Respublikasının Prezidenti öz səlahiyyətlərinin icrasına başlamış sayılır.

Paylaş:
529

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər