Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri əsgərlərlə görüş keçirdi | 1news.az | Xəbərlər
Cəmiyyət

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri əsgərlərlə görüş keçirdi

Qafar Ağayev11:53 - 12 / 04 / 2024
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri əsgərlərlə görüş keçirdi

Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında imzalanan birgə plana əsasən, milli-mənəvi dəyərlərimizin təbliği və hərbi qulluqçuların maarifləndirilməsi məqsədilə keçirilən tədbirlər davam edir.

1news.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Dövlət komitəsinin nümayəndələri bir neçə hərbi hissəni ziyarət edərək burada şəxsi heyətlə görüşlər keçiriblər.
Keçirilən görüşlər zamanı Ulu Öndər Heydər Əliyevin və Vətənimizin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirlərdə sağlam əhval-ruhiyyənin yaranmasında və formalaşmasında, eləcə də gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasında islam dininin rolundan, milli-mənəvi dəyərlərimizin qorunmasında dövlətimiz tərəfindən görülən tədbirlərdən danışılıb, hərbi qulluqçuları maraqlandıran suallar cavablandırılıb.
Azərbaycan Ordusunda hərbi qulluqçuların maarifləndirilməsi istiqamətində həyata keçirilən bu cür tədbirlərinin əhəmiyyəti xüsusi vurğulanıb.

Paylaş:
478

Son xəbərlər

Bütün xəbərlər